KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: MİRZƏ ƏLƏKBƏR SABİRİN ƏSƏRLƏRİNDƏ GİZLİ TARİX

ATİF İSLAMZADƏ: MİRZƏ ƏLƏKBƏR SABİRİN ƏSƏRLƏRİNDƏ GİZLİ TARİX

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
397 0

 

Mənbələri diqqətlə araşdırarkən belə bir tarixihəqiqət ortaya çıxır ki, rus çarizminin fıtnəkarsiyasəti şöhrətli tarixi şəxsiyyət olan Nadir şah Əfşarın ölümünə səbəb olmuşdur. I Pyotrunvəfatından sonra Rusiyada daxili vəziyyətinpisləşməsi, hakimiyyətdaxili mübarizə bu ölkənimüvəqqəti olaraq öz işğalçılıq siysətindən əlçəkməyə vadar etdi. Məhz bu zaman Pyotrzamanında əldə edilən Kaspisahili vilayətlərdənçəkilməyə məcbur olan Rusiyanın İran ilə iki il danışıqlardan sonra (1732-ci il, yanvarın 21-də) bağladığı “Rəşt sülh müqaviləsi əsasən Kürdəncənuba doğru işğal olunmuş, 1723-cü ildəPeterburqsülh müqaviləsi”nə görə Rusiyanın nəzarətinə keçmişKaspi sahili vilayətlər” adlandırılan ərazilər o şərtləİrana qaytarıldı ki, bu müqavilənin şərtlərinə uyğunolaraq İran Türkiyəni ( Müqavilədə Türkiyə nəzərdətutulur) bu vilayətlərə buraxmamağı rəsmi şəkildəöhdəsinə götürdü (1, 183-185). Rusiyanın bu ərazilərdən çəkilməyə məcbur olarkən yenə qayıtmaq ehtimalı üçün siyasi-diplomatik addımlarıcərgəsində göründüyü kimi İranla Türkiyəninyaxınlaşmasına mane olmaq cəhdləri dayanırdı. İran Türkiyənin bir-birinə yaxınlaşması Rusiyanın bu ərazilərdən birdəfəlik əl çəkməsi demək idi. Dili bir, dini bir, mənşəyi mədəniyyəti eyni olan bu iki ölkənin birləşməsi yeni, nəhəng bir türkimperiyasının meydana çıxmasına səbəb ola bilərdiki, bu da işğalcılıq nəticəsində öz ərazilərinigenişləndirməyə çalışan Rusiyaya digər türkdüşmənlərinə heç vəchlə sərf edə bilməzdi. Məhz bu məkrli siyasətin qarşısı almağa çalışan İran şahı Nadir şah Əfşar özünü şah elan etdikdən bir neçə  ay keçməmiş ( mart-sentyabr) İran Türkiyə arasında müqavilə bağlanmasına çalışırdı. O, bu danışıqlarınnəticəsi olaraq 1736-cı ilin sentyabrında Rusiyayaəhəmiyyət vermədən, onun iştirakı olmadan Türkiyəilə sülh müqaviləsi bağlamağa nail oldu (1, 175-177 ). Əlbəttə bunun bir tərəfi İran dövlətinin milli maraqlarına söykənirdisə , digər tərəfi ümumtürkbirliyinin yaradılması ideyasından irəli gəlirdi. Eləbuna görə Nadir şah iki türk dövləti arasında sünişəkildə siyasi maneə kimi qızışdırılan sünnilik şiəlik məzhəblərini bir araya gətirməyə çalışırdı. Bu barədə N.Nərimanovun məşhur “Nadir şah” tarixi-faicəvi dramında tarixdən götürülmüş real hadisələrinbədii əksini görürük. Biz bu hadisənin klassik ədəbiörnəklərdə bədii ifadəsinin ədəbi üsul olaraq yazar təxəyyülü olmadığını tarixi əsərlərdə müşahidəedirik ( 2, 173: 3, 304).

   Böyük millətçi vətəndaş mütəfəkkir M.Ə.SabirNadir şahın ölümünə sünnişiəliyin aradan qaldırılmasında atdığı ciddi addımların səbəbolduğunu göstərir Fəxriyyəşerində buna ürəkağrısı ilə acıyır:

                       Nadir bu iki xəstəliyi tutdu nəzərdə,  

                       İstərdi əlac eyləyə bu qorxulu dərdə,

                       Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,

                       Məqtulən onun nəşini qoyduq quruyerdə,

                       Bir şeyi əcibiz, bilim, bir tühəfizbiz,

                       Öz dinimizin başına əngəlkələfiz biz         ( 4, 92 ).

   M.Ə.Sabir bu şeirdə sünni şiəlik məzhəblərininİslamı parçalamasını göstərməklə bu məzhəbayrılığının düşmənçilik səviyyəsinə gəlib çıxmasınaşiddətli etiraz səsini ucaldır, bunun yalnız türkmillətinin bütövlüyünə xələl gətirən bir təhlükəmənbəyi kimi aradan qaldırılmasına can atır.

                      “Bir vəqt şah İsmailü– Sultani- Səlimə,

                       Məftun olaraq eylədik İslamı dünimə.

                       Qoyduq iki tazə adı bir dini – qədimə,

                       Saldı bu təşəyyö, bu təsənnün bizi bimə

                       Qaldıqca bu halətdə səzayiəsəfiz biz,

                       Öz dinimizin başına əngəlkələfiz biz   ( 4, 92 ).

   Sabir təşəyyö ( şiəlik ), təsənnü ( sünnilik ) məzhəblərinin İslamdan çox sonra yarandığını bildirməklə bərabər iki türk dövlətinin məhz bu məzhəblər vasitəsilə bizim üçün İslamı ikiyəparçaladığını qeyd edərək məzhəb ayrılığının İslam dininə zidd olduğunu bəyan edir.

   Şiə-sünni mövzusunu daimi gündəmdə saxlayansiyasi avanturistlər yaxud cahil boşboğazlar bu məzhəbləri az qala millət anlayışında təbliğ etməkləelə bir görüntü yaratmışlar ki, bu məzhəblərindünyagörüşü kimi başa düşülməsindən daha çox milli mənşə, dədə-baba soyu kimi anlaşılması dolaşıqlığıbu günə qədər meydanda qalmaqdadır. Sanki nəsilşəcərəsinə görə kim şiə əcdadlarına bağlıdırsa, mütləq şiə, sünni əcdadına bağlıdırsa, sünniolmalıdır. Lakin qeyd etdiyimiz kimi ibadətqaydalarına aid olan bu davranış metodları onu qəbuledib-etməməkdən asılı olaraq kim isə bu məzhəblərinənənəvi üsullarını  mənimsəyir, ideoloji baza isə həriki üsul üçün qəbul olunan İslam dəyərləridir. M.Ə.Sabirin bu məsələyə hələ uşaq yaşlarında aydınlıq gətirən məşhur misralarını da bu yerdə misal çəkmək məqamına düşər:

                Babam sünni, nənəm şiə, dürək mən,

                farsam mən, hindəm mən, türək n( 4, 303 ).

   Lakin onu da qeyd edək ki, şairin əsərlərininmüxtəlf nəsrlərində təkrar olunan “Babam sünni, nənəm şiə” sözü bizim qənaətimizcə, “Babam sünni, atam şiə” kimi oxunmalıdır. Düzdür, əldə olan bu misralar fikrimizin inkarına səbəb olmur, ancaqmüəyyən bir vəziyyətin təsvirini azaldır. Məlumdurki, Sabirin babası Hacı Tahir sünni mövqeyində idi. Atası Zeynalabiddin isə şiəliyi qəbul etmişdi. Həttabəzi xatirələrdə Hacı Tahirin radikal bir sünniliktərəfdarı olduğu da göstərilir   ( 5, 138, 139). AncaqHacı Tahirin hələ övladı dünyaya gələrkən ona dördüncü şiə imamının adını qoyması bunun əksiniisbat edir. Adına uyğun tale yaşayan Zeynalabiddininşiəliyi seçməsinə işarə vuran şair babasının sünni, atasının isə şiə olduğunu deməklə bu məzhəblərarasındakı fərqin düşmənçilk səviyyəsində ola bilməməsini göstərmiş, atanın sünni, oğulun şiə, nəvənin isə hər ikisini qəbul yaxud inkar edəbiləcəyinə diqqət çəkmişdir. M.Ə.Sabir “A şirvanlılarşeirində eyni bir şəxsin bir üsulqaydası kimi bu məzhəbləri qəbul yaxud inkar edəbiləcəyini göstərmişdir:

                          Şiəyəm, əmma bu əşkaldən,

                          Sünniyəm, əmma bu əmsaldən,

                          Sufiyəm, əmma bu əbdaldən,

                          Həq sevən insanəm, a şirvanlılar! ( 4, 268 )

   Bir qədər əvvəl Sabirin bir şeirindən nümunəverərkən böyük məzhəb çarpışması kimi dillər əzbəriolan tarixi fakta-səfəvi hökmdarı I Şah İsmayıl iləOsmanlı Sultanı Sultan Səlim arasındakı toqquşmayaSabirin diqqət çəkdiyini göstərmişdik. Lakin onu da qeyd edək ki, kütləvi mübahisələrin əsas mövzusuolan bu tarixi qarşıdurma heç bu günə qədərdiqqətlə öyrənilib geniş ictimai auditoriyayaçatdırılmamışdır. Çünki iki böyük türk dövlətiarasında gedən bu qarşıdurma müharibənin yalnız sünnilik şiəliklə bağlı olması tarixi məntiqi inkaredir. Belə ki, əgər Osmanlı Sultanı ilə Səfəvihökmdarı arasında olan toqquşma bu səbəbdən irəligəlirdisə, bəs onda Yıldırım Bəyazid ilə ƏmirTeymur arasındakı müharibə hələ ondan yüz il əvvəlnəyə görə baş vermişdir? Bu iki hökmdar arasıdaməzhəb ayrılığı yox idi ki? Elə Ağqoyunlu hökmdarıUzun Həsən ilə yenə Osmanlı Sultanı II Məhəmməd Fateh arasındakı müharibə heç məzhəb ayrılığından irəli gəlməmişdir. Məlumdur ki, Uzun Həsən , Osmanlı sultanları kimi eyniməzhəbin fiqhi qaydalarını qəbul edirdi. Bu tarixifaktların sayını kifayət qədər atırmaq olar. Bu zaman əsl tarixi gerçəklik ortaya çıxır. Dövlət maraqlarızəminində baş verən bu toqquşmalara ifrat məzhəbmövqeyindən yanaşılması o dövrün acınacaqlımənzərəsindən daha çox sonrakı dövrlərdə mövzunugündəmdə daimi saxlamaq istəyən qüvvələrtərəfindən həyata keçirilir. Məqsəd yenə türkinsanları, müsəlman əhalisi arasında parçalanma yaratmaq bu bölücülük siyasətindən öz mənsiyasətindən öz mənafeləri üçün istifadə etməksəyləridir. Təsəvvür edin ki, hələ Sultan Səlim Şah İsmayıl arasındakı müharibədə o zaman türkqoşunları səfəviləri məblubiyyətə uğradıb Səfəvihökmranlığının paytaxtını tutsalar da, heç iki həftəbelə burada qalmamışdılar  ( 6, 257). Ondan sonrakıdövrdə I Şah İsmayıl öz hökmranlığını düz on il sürdürmüş   ( 6, 286; 7, 112, 113), ondan sonra isəSəfəvi hökmdarları İran tarixində iki yüz ildən çox öz mövcudluqlarını qoruyub saxlamışdılar  ( 1, 227, 228).

   Beləliklə, sünni-şiə mövzusunun qarşıdurmasəviyyəsində tətbiqi yalnız türklük müslimanlıqideyalarına qarşı yönəli məkrli fitnəkar siyasətiaşkara çıxarır Nadir şahın ölümünə bu siyasətinbais olması meydana çıxır.

Qaynaqlar

1. Mahmudov Y.M. Şükürov K.K. Azərbaycanbeynəlxalq münasibətlər diplomatiya tarixi. Dövlətlərarası müqavilələr digər xarici siyasətaktları 1639-1828. IV cilddə, I c., Bakı, 2009, 512 s.

2. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı: XatunPlyus, 2010, 302 s.

3. Süleymanov M. Nadir şah. Tehran: 2010, 740 s.

4. Sabir M.Ə. Hophopnamə. Bakı: Yazıçı, 1992, 558 s.

5. Sabir xatirələrdə / S.HüseynMirzə Ələkbər SabirTahirzadə” / Bakı: Gənclik, 1982, 164 s.

6. Musalı N.S. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləm-ara-yi Şah İsmayıləsəri əsasında). Bakı: “Nurlan”, 2011, 481 s.

7. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı: XatunPlyus, 2010, 302 s.

2

 

 ATİF İslam oğlu İSLAMZADƏ
    Filologiyaüzrə fəlsəfə doktoru, dosent                                                    e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir