KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. ATİF İslam oğlu İSLAMZADƏ: ŞƏHİDLƏR SƏRT QANUNLARLA QORUNMALIDIR!

ATİF İslam oğlu İSLAMZADƏ: ŞƏHİDLƏR SƏRT QANUNLARLA QORUNMALIDIR!

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
523 0

Bizim ölkəmiz erməni kimi mənfur düşmənlə qarşı-qarşıyadır. Belə görünür ki, bu hələ uzun müddət davam edəcək. Rusiyanın və İranın da bizə özünü dost saymadığı, elə ABŞ-ıın da türkü sevmədiyi aşkar görünür. Bu, yaxın günlərdə qondarma “soyqırım” ifadəsinin süni şəkildə işlədilməsindən aşkar müşahidə olunur. Belə bir zamanda ölkəmiz hər zaman savaş psixologiyasına hazır olmalıdır. Məlumdur ki, savaşın ideoloqlarını çıxmaqla, bütün döyüş yükü qazi və şəhidlərin öhdəsinə düşür. Yəni vətən üçün şəhid olmağa hazır olmayan oğullar olmasa, vətən də təhlükədə qalar. Bütün texnoloji imkanlar köməyə çatmaz. Bunu Şuşa döyüşləri aydın şəkildə göstərdi. Canından keçən oğulların qeyri-adi şücaəti bu gün bütün dünyanı heyrətə salıb. Hətta, yalnız ermənilər deyil, bütün türk düşmənləri də ehtiyatlanıb. Türkün savaşçı ruhu yenidən özünə qayıdırmı? Əgər qayıdırsa, nələr baş verə bilər? Bu düşüncə bütün dünyanın aparıcı dövlətlərini artıq narahat etməyə başlayıb. Belə bir zamanda ölkəmiz və dövlətimiz şəhid və qaziləri başı üzərində tutmalıdır. Çünki başımız üzərində dalğalanan bayraq simvol olaraq bez parçasıdır, mənəviyyat olaraq isə şəhidlərimizin və qazilərimizin özüdür. Onların qəhrəmanlığı, onların cəsarəti, onların qanıdır. Bu qan müqəddəsdir. Bu qana toxunmaq bayrağa toxunmaqdır. Son günlərdə şəhidlər arasında “Vətən türküsü” ilə məşhurlaşan şəhidimiz Xudayar Yusifzadə ilə bağlı gündəm də bu kontekstdə araşdırılmalı, ona milli-siyasi və hüquqi qiymət verilməlidir. Ən yaxşı halda bu hərəkət özü döyüşməyən birinin şəhidlərə dil uzatması, pis halda isə mənfur düşmənin dəyirmanına su tökməklə vətənə xəyanət etməkdir. Həmin soyu-kökü məlum olmayan şəxsin təcili hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunması dövlətçilik baxımından vacibdir. Əgər hüquq-mühafizə orqanları bu ədəbsiz hərəkərə, şəhidləri gözdən salmağa hesablanan bu xəyanət əməlinə təcili reaksiya versəydilər, onun döyülməsi yox, dövlət tərəfindən hüquqi şəkildə cəzalanması baş verərdi. Artıq anlamaq lazımdır ki, cəmiyyət müharibədən əvvəlki cəmiyyət deyil. Şəhid və qazi isə cəmiyyət üçün baş ucalığıdır. Onlara dil uzadan səviyyəsiz tör-töküntülərin cavabı ən kəskin şəkildə veriləcəkdir. Əgər bunu hökumət etməsə, cəmiyyət edəcək. Əgər bir sıra adamlar, V kolon nümayəndələri və s. kimi şəxslər fikirləşirlərsə ki, yenə də şəhid valideyninə hansısa məmur “gedib vuruşmayaydı”, “Şəhidlər narkomandır” və s. deyə biləcəklər, çox yanılırlar. Çünki məğlub millətlə qalib millət eyni deyil. Şəhidlərə və qazilərə hörmətsizlik edənlər yaxşı bilsinlər ki, həm dövlət tərəfindən, həm də cəmiyyət tərəfindən cəzaya məruz qalacaqlar.
Bu hadisənin təsadüfi olmadığını düşünmək üçün əlimizdə ciddi əsasımız var. Məlumdur ki, şəhid Xudayar Vətən mahnısı oxumaqla çox məşhulaşmış, məşhur xanəndələr və müğənnilər onun ifasını arenjeman etmiş, hətta onun oxuduğu mahnını, yəni “Vətən yaxşıdır” təsnifini məşhur muğam ustadı və bu mahnının bəstəçisi Ə.Məmmədov “Xudayar təsnifi” adlandırmış, onun şəhid adına ərmağan etmişdir. Şəhid Xudayarın bu şəkildə məşhurlaşması və şəhid simvoluna çevrilməsi kimlərisə ciddi şəkildə narahat edir. Çünki şəxslərlə bacarmaq olar, ideologiya ilə bacarmaq olmaz. Artıq bu gün fikir verirsinizsə, Babək kimi qəhrəmanlar ətrafında mübahisələr çox səngimişdir. Çünki bu gün yeni qəhrəmanlar meydana çıxmış və onlar ideologiya təşkil etməkdədir. Mübariz İbrahimov, Ramil Səfərov kimi şəhid və qazilər ideologiyaya çevrilib gəncliyin II Qarabağ savaşında ilhamvericisi olmuşdursa, Xudayar Yusifzadə kimi şəhidlər də gələcək nəsilin vətəni qorumaq üçün ideya sipərinə çevrilməkdədir. Bundan narahat olan düşmənlər bu kimi proseslərin baş verməsinə rəvac vermişlər. Bir sözlə, qeyd etdiyimiz kimi bu təsadüfi hadisə deyil, düşünülmüş məkrli planın tərkib hissəsisidir. Əgər bunun qarşısı vaxtında alınmasa, ardı da hökmən gələcəkdir.
Əgər X.Yusifzadəyə qarşı sayğısızlıq edən şəxs ciddi şəkildə cəzalanmazsa, bu cəzanı məcbur olub həyata keçirənlər inzibati-hüquqi məsuliyyətə cəlb olunarlarsa, o zaman şəhidlərimiz haqqında bütün səviyyəsiz ağızlar yenidən açılacaq, vətənimiz isə bu kimi döyüşdən qaçan fərarilər qarşısında müdafiəsiz qalacaq. Hər halda dövlət və hökumət bu barədə çox ciddi şəkildə düşünməli, müsbət nəticə meydana qoymalıdır. Ümid edirik ki, bu istiqamətdə yaxın günlərdə müsbət addımların atılmasının şahidi olacağıq!

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir