KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. ATİF İslam oğlu İSLAMZADƏ: Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı?

ATİF İslam oğlu İSLAMZADƏ: Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
383 0

Azərbayca Cumhuriyyətinin meydana çıxdığı dövr yeni dünya nizamının yarandığı dövrdür. II Abdülhəmid bunu nəzərdə tutaraq demişdi ki, “Dövləti məndən sonra 10 il idarə edə bilsinlər, 100 il saysınlar”. Məlumdur ki, II Abdülhəmid 1909-cu ildə taxtdan salınmışdı. Heç on il keçməmiş Osmanlı dövləti 1918-ci ildə “Mudros Barışığı” ilə süqut etdi. Təbiidir ki, yeni dünya nizamında Azərbaycan Cümhuriyyəti anlayışı yox idi. Bunu mənbələrdə aydın görmək olur. O zaman məqsəd parçalanan Zaqafqaziya Seyminin yerində Cənubi Qafqazda iki dövlət qurmaq idi. Ermənistan və Gürcüstan dövləti. Buna görə də bizim ərazilərimizin bir hissəsi tam olaraq Ermənistanda, mühüm bir hissəsi də Gürcüstandadır. Bu düzənin qurulması üçün I Dünya müharibəsi də təsadüfən törədilməmişdi. Məqsəd yeni xəritələr təşkil etmək, parçalanan dövlətlərin yerində yeni dövlətlər qurmaq idi. Bu baxımdan Türkiyə də Azərbaycan ilə eyni taleyi bölüşürdü. Ona görə də Türkiyənin əldə qalan əraziləri xarici dövlətlər tərəfindən işğal olunmuşdu. Məhz II Abdülhəmidin projesi olan Yeni Türkiyənin Atatürk tərəfindən yaradılması bu mənfur niyyətlərin qarşısını ala bildi. Ancaq M.Ə.Rəsulzadə Atatürkdən daha cəld tərpənib silahdaşlarıyla birlikdə Şərqdə ilk Respublikanı elan etdi. Məlumdur ki, bunun qarşısını almaq üçün ermənilər az qala Azərbaycanın bütün ərazilərində qanlı soyqırım həyata keçirmişdi. Məhz Azərbaycan Cümhuriyyətinin Türkiyəni Azərbaycana dəvət etməsi bunun qarşısını ala bildi. Yoxsa yeni dünya nizamında Azərbaycan adlı bir ölkə olmayacaqdı. Məhz Ş.Hüseynov M.Ə.Rəsulzadənin kitabına avtoqraf yazan Mustafa Kamal Atatürkün onu özündən əvvəl sayması, dövləti təcrübələrdə ondan faydalanması kimi fikirlərini elmi-kütləvi ictimaiyyətə təqdim etməsi bu həqiqətin etirafıdır. Unutmaq lazım deyil ki, Türkiyə toplumu 1924-cü ilə qədər “osmanlı” getdiyi halda, Azərbaycan 1918-ci ildən rəsmi şəkildə türk gedirdi. Halbuki bu gün bəzi antitürklər bizim yox, Türkiyənin türk olduğunu iddia edir, eyni millətin kökünü inkar etməyə çalışırlar. Məhz bu çətin tarixi şəraitdə Azərbaycan Respublikasını elan etmək, onu müəyyən sərhədlər daxilində qoruyub saxlamaq mümkün oldu. Bəzi ağzıgöyçəklər isə bəzən M.Ə.Rəsulzadəyə qarşı fakt kimi ermənilərə bəzi ərazi güzəştləri edildiyini gündəmə gətirməyə çalışırlar. Ona baxmayaraq ki, Rəsulzadə və silahdaşları Azərbaycan boyda bir ərazini xilas edə bilmişdi. Bunu həm də o şəxslər söyləyirlər ki, Rəsulzadə mirasının 20 faizini əsrin sonunda ermənilərə qapdırmaq haqqında bir kəlmə də danışmırlar. Əgər əsrin əvvəlində bazar düşüncəsi, qarın hesabı aparılsaydı, dövlət təfəkkürlü insanlar meydana çıxmasaydı inanın ki, biz nə bir ölkə olaraq, nə də bir millət olaraq var olmazdıq. Uca Allahın bu yöndə olan təqdiri və bu böyük şəxsiyyətlərin mübarizə və mücadiləsi bu gün bizim dövlətimizin olduğunun əyani təsdiqidir. Bunun üçün biz bütün ömrümüz boyunca bu böyük şəxsiyyətlərə borcluyuq.

Onların bizim boynumuzda haqqı, bizim öhdəmizdə mirası var. Bu mirasın mühüm bir hissəsi də Qarabağ, işğal olunmuş digər ərazilərdir. Bu gün məhz Azərbaycan Cümhuriyyətinin elan edildiyi gündür. Yəni 28 may deyilən millət və dövlət bayramıdır. Bu bayramın nə qədər zillət və məşəqqətdən doğduğunu tədqiqatçılar yaxşı bilir. Tariximizi bilək ki, dövlətimizi qoruyaq. Borcumuzu bilək ki, vəzifələrimizi yaxşı anlayaq.

Bu vəzifə çox mübarək Milli Vəzifədir. 28 may qurtuluşumuz mübarək olsun!

ATİF İslam oğlu İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru, dosent

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir