PAŞİNYANIN 17 AVQUST MİTİNQİ KİMLƏRƏ MESAJ İDİ?

Rus milletvekilinden Türkiye’ye tavsiye: Boğazları Amerikan gemilerine kapatınız

ABŞ-ın Türkiyəyə hücumunun ŞİFRƏLƏRİ: Qalib kim olacaq?

Fas’taki Fetöcüler PKKlılar IŞİDci Türkler ve Türk mafyası!

AŞPA ikili standartlar əsirliyində

Gündem 1 Mayıs 2017
439

Araz Aslanlı: “Zamanla bir çox beynəlxalq təşkilatlar dəyər yox, maraq mərkəzi kimi inkişaf etməyə başladı” Hasan Oktay: “AŞPA-nın verdiyi bir çox qərar mübahisəli və ikili standart olaraq tənqid edilir”
Türkiyənin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qarşılaşdığı münasibəti ölkəmizə qarşı 2001-ci ildə quruma üzv qəbul olunandan sonra Qarabağ məsələsində sərgilənir. Belə görünür ki, Avropa Şurası Parlament Assambleyası ikili standartlardan xilas ola bilmir. Siyasi analitiklərin sözlərinə görə, bu, onun dəyər yox, artıq maraq mərkəzinə çevrilməsində irəli gəlir. Belə vəziyyət qurumun gələcəyi, onun nüfuzu üçün sual altına alır ki, sonda qurumun dağılmaması üçün əsas qalmayacaq.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı qeyd edir: “Avropa Şurasının yaranması prosesində Avropanın özündə inteqrasiya ilə bağlı fərqli fikirlərin olması idi. Onun əsasında da əsas qurumlar kimi Avropa İttifaqı və Avropa Şurası yaradıldı.
Avropa Şurası daha çox dəyər mərkəzi – insan hüquqları, azadlıqları kimi məsələlərlə bağlı təşkilatdır. Üzv dövlətlərin ərazi bütövlüyü məsələsi də əhəmiyyətlidir. Lakin zamanla bir çox beynəlxalq təşkilatlar dəyər yox, maraq mərkəzi kimi inkişaf etməyə başladı. Bu amil dünyada yaranmış bütün təşkilatlar üçün xarakterikdir. Təəssüf ki, Avropa Şurası da bundan xilas ola bilmədi. Avropa Şurası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, istərsə də Kipr və digər məsələlərdə ikili standartlardan çıxış etdi. İkili standartın ortaya çıxmasının bir səbəbi də AŞPA-nın tərkibindən qaynaqlanır. Orada müxtəlif dövlətlər öz maraqlarından çıxış edirlər.
AŞPA-dakı dəyərləri tamamilə yox saymaq da olmaz. Avropa Şurasında quruma dəyər mərkəzi kimi yanaşan insanlar var. AŞ-nin dünya və Avropa tarixinə müsbət töhfələri olub. Onların hamısını rədd etmək olmaz. Elə Azərabycanla bağlı da müsbət qərarları var. AŞPA-nın Ermənistanın işğalçılığı ilə bağlı qəbul etdiyi sənədlər mövcuddur. Amma prinsipial məqam odur ki, dəyərlərin qorunması ilə bağlı AŞ, AŞPA-nın indiyə qədərki mövqeyi arzulanan səviyyədə deyil.
AŞPA-nın rəhbərliyində hər zaman dəyər mərkəzliliyi prinsipi olmaması, həm də onun tərkibinin mürəkkəbliyi bu cür vəziyyətə gətirib çıxarıb. Türkiyə ilə bağlı qəbul olunan qərarın, Qarabağla bağlı arzuladığımız qəti mövqeləri görə bilməməyimizin səbəbi budur. Əgər AŞ tamamən dəyər mərkəzi olsa idi, Ermənistan işğal altındakı ərazilərdə iki vətəndaşlarımızı girov saxladığına görə çoxdan qrumdan xaric edilərdi. Təəssüf ki, bunları görmürük”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, AŞPA, Avropa Şurası parlamentar məclisdir: “Avropa Birliyi (AB) ilə hər hansı bir orqanik əlaqəsi olmamaqla yanaşı, AB üzvü ölkələrin ümumi mövqeyini əks etdirməsi baxımından əhəmiyyətli quruluş kimi fəaliyyət göstərə bilər. Bu məclisdə Milli məclislərdən seçilən parlamentarlar ölkələrini təmsil edirlər.
Türkiyə Avropa Şurası Parlament Assambleyasına 1949-ci ildə qurucu üzv olaraq daxil olub. AŞPA üzv ölkələrdəki demokratiya, insan hüquqları və hüququn aliliyi kimi Avropa İnsan Hüquqları Konvensiyasının təməl dəyərlərini təsis etməyi qarşıya məqsəd qoyur və bu dəyərlərin tətbiq olunmasını yoxlayır.
Türkiyə, 1996-ci ildən 2004-cü ildə qədər AŞPA-nın siyasi yoxlama prosesində qaldı. 25 aprel 2017 tarixində Avropa Şurası Parlament Assambleyasının üst komitəsində “Türkiyədə Demokratik İdarələrin İşləyişi” mövzulu iclasda, Türkiyə ilə əlaqədar son dövrdə ortaya atılan iddialar qiymətləndirildi. Türkiyənin 2004-cü ildə çıxdığı yoxlama prosesinə yenidən alınmasıyla əlaqədar layihəyə baxıldı. AŞPA 45-ə qarşı 113 səslə Türkiyəni siyasi yoxlamaya aldı. Siyasi yoxlama, AŞPA-nı üzv ölkələrdə tətbiq olunan demokratiya, insan hüquqları və hüququn aliliyi kimi fundamental dəyərlərin təsis edilməsi və həyata keçirilməsinin yoxlanılmasıdır.
AŞPA-nın verdiyi bir çox qərarlar mübahisəli və ikili standart olaraq tənqid edilir. Belə münasibət və davranış davam etdiyi təqdirdə həm AŞPA, həm də AB-nin gələcəyi aydın görünmür. Yaxın gələcəkdə dağılma prosesi yaşaya bilər. Qısa zamanda alınan qərardan imtina edilməlidir. Türkiyəyə qarşı yaradılan mənfi təbliğat Türkiyə-AŞ əlaqələrində yeni bir qapı aça bilər. AŞ səhvdən imtina edə bilər».

Mübariz BAYRAMOV

Yorumlar