KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan silah daşımağa davam

Asif Nerimanlı: Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan silah daşımağa davam

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
204 0

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra ermənilər eyni yoldan hərbi təyinatlı yükləri daşımağa davam edib, bu dəfə Rusiya sülhməramlının müşayiəti ilə. Rusların orada olması Azərbaycanın müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır.

Bu, həm də Müdafiə Nazirliyinin dünənki xəbərdarlığına baxmayaraq, ermənilərin planlarından əl çəkmədiyinin ispatıdır.

MN eyni məzmunlu xəbərdarlığı bu gün də edib. XİN də bəyan etdi ki, “Azərbaycan bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur”.

Rəsmi Bakının indi xəbərdarlıqla kifayətlənməsinin iki mümkün səbəbi ola bilər: ya Qarabağda erməni əhalisinin inteqrasiyasının aktual olduğu vaxt yeni gərginliyin prosesə zərər verəcəyini nəzərə alaraq, hələki, ritorikadan istifadə edir; ya da miqyası və hədəfi baxımından daha genişçaplı addımlar atılacaq və “biz dəfələrlə xəbərdarlıq etdik” istiqamətində beynəlxalq ictimai rəyi formalaşdırır;

Ermənilərin xəbərdarlıqları nəzərə almadığı təcrübəsi və Bakının bunu bildiyi reallığını nəzərə alsaq, ikinci versiya daha güclüdür.

Asif Nerimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir