KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Vaqner”in Qarabağa göndərilməsi gündəmə gətirir

Asif Nerimanlı: Vaqner”in Qarabağa göndərilməsi gündəmə gətirir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
38 0

Laçın yolunda aksiyanın başlanmasından sonra Bakını bombalamaq çağırışı edən rus ekspertləri “Vaqner”in Qarabağa göndərilməsi təkliflərini də gündəmə gətirir.

Milli təhlükəsizliyin ictimai tətbiqi problemlərinin tətqiqi mərkəzinin rəhbəri, istefada olan polkovnik Aleksandr Jilin Qarabağdakı separatçı-terrorçulara başçılıq etmək istəyən Ruben Vardanyana, eləcə də erməni diasporuna iki tövsiyə verib:

Birincisi, SEPAH-dan dəstək almaq: “Vardanyanın timsalında “arsax” rəhbərliyi Tehrandan hərbi kontingentin gəlməsini istəyə, SEPAH-ın real hərbi dəstəyini əldə edə bilər”;

İkincisi, “Vaqner”in Qarabağa gətirilməsidir: “Zəngin erməni diasporu bir neçə özəl hərbi şirkətə müraciət edə, “arsax ordusu”na dəstəyi təmin edə bilər, bunun “Vaqner” olması da mümkündür”.

İstisna deyil ki, ehtiyatda olan polkovnik bununla Rusiya özəl hərbi şirkətlərinin ictimai lobbiçiliyini də aparır və zəngin ermənilər özəl şirkətləri separatçıların “müdafiəsi”nə cəlb etmək təklifini dəyərləndirə, Xankəndindəki mitinqdə Bakıya “müharibə elan” edən milyarder Vardanyanın özü də bu işə pul xərcləyə bilər.

Bu baxımdan, “Vaqner” tipli özəl hərbi şirkətlərin bölgəyə “sülhməramlı” formasında, yaxud “mülki geyim”də hərbçilər göndərə biləcəyi ehtimalı da nəzərə alınmalı, Laçın yolunda daşınan yüklərlə yanaşı, keçən şəxslərə də diqqət yetirilməlidir.
Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir