KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Asif Nerimanlı: Son günlər Qarabağdan xoşagələməz xəbərlər gəlir

Asif Nerimanlı: Son günlər Qarabağdan xoşagələməz xəbərlər gəlir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
327 0

Son günlər Qarabağdan xoşagələməz xəbərlər gəlir: separatçı rejim qondarma “konstitusiya islahatları”na başlayır, “ərazilərin işğaldan azad edilməsi haqqında” qanun qəbul edir, sülhməramlılarla birlikdə separatçılar da bizim maşınları yoxlayır və s;

Araikin qondarma “konstitusiya islahatı” öz mövqelərini gücləndirməyə hesablanıb. Ötən ilin sonunda Paşinyanın “Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra separatçılarla İrəvan arasında fikir ayrılığı dərinləşib və Araik “Qarabağ klanı”nın üzvləri ilə yaxınlaşmaq xəttini tutub. “Ərazilərin azad edilməsi” qanunu da keçmiş “DQMV”-nin ərazisinə daxil edilən Şuşa, Hadrut və digər ərazilərə iddia edilməsi məqsədi daşıyır: separatçı rejim bunun mümkün olmadığını anlayır, lakin bu iddianın “rəsmiləşdirdirilməsi” “Qarabağ klanı” ilə həmrəylik nümayiş etdirməyə hesablanıb.

Bunun fonunda Azərbaycanın maşın karvanının sülhməramlılarla birlikdə separatçıların da yoxlaması “əzələ nümayişi”dir: ruslar terrorçu rejimin mövcudluğunu nümayiş etdirirlər və bu, həm də Prezident Əliyevin “Laçın dəhlizinə faktiki biz nəzarət edirik” açıqlamasına praktiki formada cavab verilməyə hesablanıb;

Rusların və separatçıların ərazilərimizdə olduğu müddətdə belə təxribatların bu və ya digər formada davam edəcəyi bəllidir. Lakin cari dövrdə buna qarşı cavab tədbirlərinin görülməsi zərurəti var.

Rəsmi Bakı siyasi kanallarla etirazını ruslara bildirirə bilər, hərçənd, praktiki addımlara daha çox ehtiyac var. Çünki Qarabağda sakitlik separatçıların möhkəmlənməsinə, oradakı ermənilərin “təhlükəsiz şəraitdə” yaşamasına şərait yaradır. Ermənilər anlamalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul etməyəcəkləri təqdirdə onların nə rahat həyatı, nə də gələcəyi olacaq.
Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir