KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Soçide kim kazanacak

Asif Nerimanlı: Soçide kim kazanacak

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
273 0

Soçi görüşünün Bakının gündəliyinə uyğun keçəcəyi ehtimalı daha böyükdür, nəinki İrəvan, yaxud Moskvanın.

– Görüş Rusiyanın bölgədə təşəbbüsü Qərbin əlindən almağa hesablanıb və Qərbin bölgəyə girişinə Ermənistanın şərait yaratması fonunda “ruslar erməniləri yenidən “evə qaytarmaq” üçün istədiklərini verəcək” gözləntisi yaranır, hərçənd, güclü bənd olan Bakının mövqeyi nəzərə alınmadığı təqdirdə, buna nail olmaq mümkün deyil;

– Rusiya Xankəndidəki mitinq ssenarisi ilə Bakıya təzyiq edə bilməyəcək: Azərbaycanın Qarabağla bağlı mövqeyi bəllidir və Xankəndi ətrafında siyasi-iqtisadi-hərbi üstünlüyə malik olması mövqeyini gücləndirir;

– Moskva Bakıya Xankəndidəki separatçı-terrorçular üzərindən təzyiq etmək imkanı var, halbuki, bunun indiki halda nə qədər effektli olacağı sual altındadır;

– Rusiyanın geosiyasi baxımdan üzləşdiyi vəziyyət də Ankara-Bakı ikilisindən uzaqlaşacaq gediş etməsini məhdudlaşdırır;

Görüşün əsasən üçtərəfli razılaşmaların icrası üzərində fokuslanacağı ehtimalı ön plandadır: istisna deyil ki, üçtərəfli razılaşmaların qeyd olunacağı və sülh sazişinin Moskvanın vasitəçiliyi ilə hazırlanması ilə vağlı yekun bəyanat qəbul edilə bilər; bura sərhəd və kommunikasiya məsələləri də daxildir; lkin “Qarabağın” adının ümumiyyətlə mümkün bəyanata daxil edilməsi ehtimalı yoxdur;

Əliyev 10 noyabr bəyanatının icra edilməyən – erməni qoşunların çıxarılması, naxçıvana “maneəsiz keçid”in verilməsi – bəndləri üzərində xüsusi dayanacaq. Və Qarabağın Azərbaycanın daxili məsələsi olduğu prinsipindən çıxış edəcək.
Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir