KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Asif Nerimanlı: Rusiya Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirmək ssenarisini tətbiq edir

Asif Nerimanlı: Rusiya Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirmək ssenarisini tətbiq edir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
299 0

Rusiya Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirmək ssenarisini tətbiq edir:
– Makronla Putin 1,5 saat davam edən telefon söhbətində dialoqun davamı və Normand formatının bərpası ilə bağlı müzakirələr aparıb;
– Lavrov alman həmkarı Annalena Berbokla telefon söhbətində tərəflər Normand formatı çərçivəsi ndə Minsk razılaşmasının həyata keçirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinə razılaşıb;
– Putinlə danışan Makron bir gün sonra Zelenskiyə zəng edib və Normad formatı çərçivəsində növbəti görüşün tezləşdirilməsi üzərində razılaşıblar;
Fransa və Almaniya Normadn formatı çərçivəsində prosesi nəzarətə almaq, qarşıdurmanı yumşaltmaq və ABŞ-ın müdaxiləsinə azaltmaq istəyir. Rusiya bundan ABŞ və NATO-ya qarşı Avropa üzərndən siyasi cəbhə açmaq üçün istifadə edir. İstisna deyil ki, Paris və Berlik Moskvaya Ukrayna, eləcə də Şərqi Avropada təhlükənin olmayacağına dair vədlər verə və NATO daxilində Vaşinqtona qarşı daha aktiv mövqe tuta bilər.
Bu kontekstdə Baydenin yaxın zamanda Şərqi Avropaya əsgər göndərmək istəyi diqqət çəkir: Vaşinqton daha sərt gedişlərlə Rusiyaya qarşı cəbhəni bütövləşdirmək niyyətindədir;

Asif Nerimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir