KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Asif Nerimanlı: Paşinyanla Putinin telefon danışığı olub

Asif Nerimanlı: Paşinyanla Putinin telefon danışığı olub

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
277 0

erməni baş nazir Putindən Qarabağda mövqeləri və dislokasiya məntəqələrini dəqiqləşdirərkən, irəliləyən Azərbaycan Ordusunun əvvəlki mövqelərə qaytarılması üçün kömək istəyib və xahiş edib ki, sülhməramlılar baş verənləri araşdırsın.

Tərəflər bu istiqamətdə səy göstərməklə bağlı razılaşıblar. Nikolun xahişləri isə bəzi məqamların ən yüksək səviyyədə etirafıdır:

– Bölgədə vəziyyət artıq əvvəlki kimi deyil və sülhməramlılar proseslərə müdaxilə edə bilmir, yaxud etmir;
– Azərbaycan Ordusu mövqelərin dəqiqləşdirilməsi üzrə irəliləyir;

Paşinyanın zənginin nəyisə dəyişdirəcəyi ehtimalı da azdır: Azərbaycan Ordusu suveren ərazilərimizdə hərəkət edir və böyük ehtimalla Rusiyanın aktiv müdaxiləsi olmayacaq; proseslər Azərbaycan və Rusiya arasında imzalanan son bəyannamədən sonra Qarabağda da vəziyyətin dəyişdiyini deməyə əsas verir;

Baş verənlərin 10 noyabr razılaşmasının 4-cü bəndinin – qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə nəticələnəcəyi gözləntisini artırır:

– Bakının bu məsələdə israrı artıq praktiki mərhələyə keçib;
– Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı razılaşmalarda ciddi irəliləyişin olması Rusiya üçün də lazımlıdır;

Asif NerimanlıKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir