KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Mərkəzi Asiyada yenidən silahlar işə düşür

Asif Nerimanlı: Mərkəzi Asiyada yenidən silahlar işə düşür

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
79 0

Diqqətin ABŞ-Rusiya qarşıdurmasında olduğu vaxt Mərkəzi Asiyada yenidən silahlar işə düşür.

Qırğız Respublikası ilə Tacikistan arasında sərhəddə başlanan qanlı toqquşma hələ də səngiməyib; iki ölkə hərbçiləri yenidən toqquşub, rəsmi Bişkek Tacikistanla sərhəddə 11 min insanı təxliyə edib; müvəqqəti atəşkəs əldə olunsa da, silahlı insidentlərin yenidən başlayacağı istisna deyil;

Qırğız və Tacikistan arasında toqquşmanın təbii səbəbi var: iki ölkənin 900 kilometrlik sərhədi hələ də delimitasiya olunmayıb və anklavlarla bağlı anlaşılmazlıqlar yaşanır; taciklər Vorux anklavına getmək üçün qırğızların, qırğızlar Batken anklavına getmək üçün taciklərin ərazisindən keçməlidir; silahlı toqquşmalar da adətən bu bölgələrə yolların bağlanması ilə başlanır;

Sonuncu ciddi toqquşma may ayında yaşandı. Həmin vaxt Düşənbədə KTMT ölkələrinin Təhlükəsizlik Şurası katibləri görüşürdü, Rusiya müdafiə naziri Sergey Şoyqu da Tacikistanda idi. ABŞ-ın Əfqnıstandan çıxma xəbərləri fonunda KTMT-də Mərkəzi Asiyanın “təhlükəsizlik çətirinin” möhkəmləndirilməsi müzakirə edilirdi. Və o vaxt qırğızlarla taciklərin toqquşmasında rusların maraqlı olduğunu, bölgəyə əsgər yerləşdirmək üçün bundan istifadə edə biləcəyini, o cümlədən, bu hədəfə nail olana qədər toqquşmaların zaman-zaman yaşana biləcəyini yazmışdıq. Qazaxıstandan sonra Qırğız-Tacikistan sərhədində ciddi toqquşmanın yaşanması Moskvanın hədəflərini yenidən gündəmə gətirir.

Rusiya Mərkəzi Asiyada “çətir rolunu” gücləndirməyi hədəfləyir. Japarovun gəlişindən sonra rəsmi Bişkekin siyasi oriyentasiyasında mərkəzdənqaçma meylləri də rusları narahat edir. KTMT-nin Qazaxıstana daxil edilməsi üçün keçirilən iclasda Japarovun iştirak etməməsi də bu kontekstdə təsadüfi deyildi.

Və diqqətçəkən məqam odur ki, Rusiya mediası qırğızlarla taciklərin probleminin həlli üçün rus hərbçilərin bölgəyə yerləşdirilməsi istiqamətində tövsiyə xarakterli təbliğat aparır.

Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.