KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Asif Nerimanlı: Lavrovun çantasında bizə nələr gətirdi

Asif Nerimanlı: Lavrovun çantasında bizə nələr gətirdi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
9 0

Ankara, İrəvan, Tehran və Bakı… Lavrovun çantasında bizə nələr gətirdiyinə dair ehtimalları bu səfər marşrutu fonunda dəyərləndirmək olar.

Moskva Cənubi Qafqazda 44 günlük müharibədən sonrakı vəziyyəti qaytarmaq niyyətindədir: Türkiyə aktiv tərəf kimi fəallaşır; Avropa İttifaqının vasitəçiliyinə qarşı Ankara kartı ön plana çıxır;

Ankara-Moskva xəttindəki müzakirələr Cənubi Qafqazda Aİ-nin (Qərbin) vasitəçilik üzərindən təsir imkanlarını sıradan çıxarmaq, yaxud minimuma endirmək prosesində anlaşmanın mümkünlüyünü istisna etmir.

Rusiya anlayır ki:

– Aİ-nin bölgədə təsir imkanları müharibədən sonra elə Qərbin tərəf kimi qəbul etdiyi Türkiyə üzərindən azaldıla bilər: bu, həm də Ankaranın iştirak etdiyi prosesə Qərb tərəfindən təzyiq dalğasının daha az olması imkanını yaradır;
– Brüssel masasında rusların kənarda qaldığı “ikitərəfli format”ı qəbul edən Bakının mövqeyinə yalnız Ankara təsir edə bilər: burada Əliyev Aİ üzərindən Moskvanı üçtərəfli razılaşmaların icrasına məcbur etmək gedişi də ayrı bir məqamdır;

İstisna deyil ki, Ankarada Lavrova üçtərəfli razılaşmalarda irəliləyişlərin vacibliyi izah edilib və onun birbaşa İrəvana uçması da buna hesablanmışdı: razılaşmaların icrası, xüsusilə Zəngəzur dəhlizi məsələsində “ortaq nöqtə”nin tapılması;

Lavrovun Bakıya Tehrandan gəlişi isə Rusiyanın bölgəyə dair yekun hədəfinin 3+3 formatı layihəsi olduğunu aydınlaşdırır: Ankaradakı müzakirənin əsas “karkas”ı da bu idi və Moskva yalnız bu halda bölgədəki mövqelərini qoruya biləcəyini anlayır; səfərdən saatlar öncə Zaxarovanın “3+3 formatının növbəti görüşünün yeri və tarixi razılaşdırılıb” açıqlaması da Lavrovun üç paytaxtda – Ankara, İrəvan və Tehranda “ortaq məxrəc” tapa bildiyi fikrini gücləndirir;

Hərçənd, hər şey Rusiyanın vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmaların icrasından asılıdır.

Bu kontekstdə Bakının tələbləri həlledici rol oynayır:

Birincisi, Zəngəzur dəhlizinin açılması: Ankara və Bakının birgə strategiyası olan bu planda “dəhliz məntiqi” Brüsselin vasitəçiliyi ilə arxa plana keçmişdi, lakin məhz Lavrovun Türkiyəyə səfərindən sonra – 16 iyunda Əliyev Naxçıvana çıxış imkanının “dəhliz məntiqi” ilə açılması şərtini yenilədi, hətta dəhlizi “bölgədə fundamental sülhün əsas elementi” olaraq dəyərləndirdi və bu, iki versiyanı daha da gücləndirir:

– Ankara və Moskva bölgədə “ikili addım”la bağlı ilkin razılığa gəlib;
– Aİ-nin vasitəçiliyi müəyyən qədər arxa plana keçir və Brüsseldə şifahi razılaşmalardan fərqli olaraq, üç tərəfin də rəsmi imza atdığı razılaşmaların icrası aktuallaşır;

Lavrovun İrəvanda Zəngəzur dəhlizi ilə bağlı açıqlaması göstərir ki, Rusiya “suveren haqları” tanıdığını desə də, “sadələşdirilmiş rejim” təklif edir və bu, Bakının “dəhliz məntiqi”nə tam uyğun olmasa belə, İrəvanın “yol məntiqi” də demək deyil: mümkündür ki, üçtərəfli İşçi Qrupu çərçivəsində ortaq nöqtənin tapılması müzakirə olunur və Naxçıvana “maneəsiz çıxış” imkanı hələ də aktualdır;

Və Bakı bu məsələdə mövqeyini qoruyur, Lavrovu qəbul edən Əliyevin sözləri də bu yöndədir: Ermənistan Naxçıvana maneəsiz çıxışın yaradılması haqda 10 noyabr bəyanatında imza atdığı hüquqi öhdəliyini yerinə yetirməlidir;

Lavrovun “avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır” sözləri də Əliyevin maneəsiz çıxış tələbinin əsas götürüldüyü və İrəvanın buna razılaşması istiqamətində iş aparıldığı deməkdir.

İkincisi, sərhədin delimitasiyası: Əliyev bu haqda danışmadı və istisna deyil ki, Bakı “balans” baxımından Brüsselin də iştirakçı kimi qalmasında maraqlıdır; Lavrovun sözləri isə qapalı görüşdə müzakirə ediləcək maddələrdən birinin delimitasiya olduğunu, onun təkliflərlə gəldiyini təsdiqləyir və məqsədi Rusiyanın prosesdə aktiv təmsilçiliyinə nail olmaqdır;

Üçüncüsü, sülh sazişinin imzalanması: Bakının beş prinsipi əsasdır və Əliyev Lavrova izah edir ki, “Rusiyanın vasitəçiliyinə alternativin olmaması İrəvanı bu prinsiplər çərçivəsində masaya əyləşdirməkdən keçir”;

Bakı “sülh sazişini bağlamaq, Ermənistanı oyundan kənarlaşdırmaq və Qarabağdakı separatçıların daxili məsələ olması reallığını gücləndirmək” planını davam etdirir.

Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.