KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Asif Nerimanlı: İran’daki patlamada daxili qüvvələrin ola biləcəyi də istisna deyil

Asif Nerimanlı: İran’daki patlamada daxili qüvvələrin ola biləcəyi də istisna deyil

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
155 0

İranın Qasım Süleymaninin anım mərasimində baş verən partlayışlardan xarici düşmən obrazını gücləndirmək və ictimai rəyi rejim ətrafında birləşdirmək üçün istifadə edəcəyi bəllidir. Bu baxımdan, baş verən partlayışın arxasında xarici oyunçuların olması versiyası ilə yanaşı, rejim daxili qüvvələrin ola biləcəyi də istisna deyil.

Süleymaninin ölümdən də xarici düşmən obrazını gücləndirmək və cəmiyyəti rejim ətrafında birləşdirmək məqsədilə istifadə etmişdilər. Hərçənd, artan nüfuzunun İran elitasında narahatlıq yaratdığı üçün Süleymaninin yerini ABŞ-a rejim daxili qüvvələrin satdığı haqda müəmmalar hələ də qalır.

Partlayış fonunda iki məqam xüsusilə diqqət çəkir.

Birincisi, bunun İran prezidenti İbrahim Rəisinin Türkiyəyə planlaşdırılan səfərindən bir gün öncə baş verməsi, nəticədə səfərin təxirə salınmasıdır;
İkincisi, partlayışı törədənlərin kim olduğu və haradan gəldiyinə dair hansı versiyaların irəli sürüləcəyidir;

Rəisinin Ankara səfəri İran-Türkiyə xəttində problemlərin aradan qaldırılması, münasibətlərin normalaşmasına imkan yaradacaqdı. Və bu, həm də İran-Azərbaycan münasibətləri baxımından da əhəmiyyətlidir. İran daxilində Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına qarşı olanlar var. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktının törədilməsi də Ankarada Əliyev-Ərdoğan-Rəisi görüşünə hazırlıq ərəfəsində baş vermiş və hər şeyi arxa plana keçirmişdi. Kirman partlayışın ilk nəticəsi isə Rəisinin Ankara səfərinin təxirə düşməsi oldu.

Bundan sonra əsas məsələ baş verənlərlə bağlı İranın rəsmi və qeyri-rəsmi dairələrində hansı versiyaların irəli sürüləcəyidir. Və bu, çox şeyə aydınlıq gətirəcək.
Asif Nerimanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir