KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Asif Nerimanlı: ErmənistanSu-30SM təyyarələrinin Rusiya niçin verdi

Asif Nerimanlı: ErmənistanSu-30SM təyyarələrinin Rusiya niçin verdi

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
15 0

Ermənistanın Su-30SM təyyarələrinin Rusiyanın Ukraynanın işğalı hücumuna cəlb edildiyi haqda məlumat yayılıb. Bu informasiyanı gücləndirən bir neçə məqam da var.

Birincisi, Rusiya S-30-ları Ermənistana versə də, raketlərini verməmişdi və faktiki olaraq təyyarələr istifadəsiz halda qalıb: ruslar istifadə edilməyən təyyarələri raketlə təmin edərək, müharibəyə cəlb edə bilərlər;

İkincisi, Ukraynada müharibənin gedişatı Rusiyanı əlavə hərbi texnika və canlı qüvvə cəlb etməsini şərtləndirir: S-30-ların Ermənistandan alınması ən asan seçimlərdəndir;

Üçüncüsü, Ermənistan Rusiyanın belə bir istəyindən imtina etməz: bu ölkənin ordusunun hərbi təchizatı bütövlükdə Rusiya tərəfindən həyata keçirilir, Moskvanın istəyini geri çevirmək, erməni ordusunun bundan sonrakı təchizatında da problemlərə yol aça bilər;

Dördüncüsü, Ermənistan S-30-ları Rusiyaya “texniki baxış” adı ilə göndərə və Rusiyanın istifadəsinə verdiyini bu yolla kamuflyaj edə bilər;

Qərbin marağında olsa, bu məlumatın dəqiqliyini yoxlamaq imkanı genişdir.

Asif Nerimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.