KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Asif Nerimanli: Ermənistan Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu

Asif Nerimanli: Ermənistan Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
333 0

KTMT qüvvələri Qazaxıstanda “ilk missiyasını” yerinə yetirdiyi vaxt Ermənistan Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu: təsadüfi deyil…

Ermənistanın Təhlükəsizlik şurasının baş katibi Armen Qriqoryan iki gün öncə Qazaxıstan hadisələri haqda danışarkən bildirdi ki, “KTMT ilk dəfə böhranlı vəziyyətə müdaxilə mexanizmlərini işə saldı… Biz ümid edirik ki, Ermənistan belə bir vəziyyətlə üzləşəcəyi təqdirdə bu cür köməyi ala biləcək”.

İki gün sonra Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi pozur və bunun İrəvanın KTMT-ni – Rusiyanı Azərbaycanla sərhədə cəlb etmək cəhdi olduğu aydın görünür:

– Ermənistan sərhədlə bağlı razılaşmanı qəbul etmək istəmirdi, yalnız 16 noyabr döyüşlərindən sonra Soçidə bunu qəbul etməyə məcbur oldu; Qazaxıstankı hadisələr və KTMT-nin ilk dəfə üzv ölkələrində prosesə müdaxiləsini Ermənistan “yeni fürsət” kimi dəyərləndirir; və sərhəddə yeni toqquşmalarla “Ermənistan ərazisinə müdaxilə” görüntüsü yarada və KTMT-nin bölgəyə gəlişinə zəmin hazırlaya bilər;

Mərkəzi Asiyadan fərqli olaraq, Putinin Cənubi Qafqazdakı razılaşmaları təhlükə altına atması ehtimalı zəif görünür. Lakin Paşinyan Ermənistanın KTMT-yə rəhbərliyindən və təşkilatın “ilk müdaxilə” presedentindən istifadə edərək, ən azı sərhəd razılaşmasında Rusiyanın dəstəyini əldə etmək və qazanclı çıxmaq istəyir: Ermənistanın bu məqsədlə sərhəddə hücumları intensivləşdirə və genişləndirəcəyi istisna deyil…

Asif Nerimanli Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir