KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Brüssel masasında nələr var?

Asif Nerimanlı: Brüssel masasında nələr var?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
249 0

Əliyevlə Paşinyan növbəti dəfə Brüsseldə görüşür: artıq görüş kimi “görüşdən nələr gözlənilir” sualı da ənənəyə çevrilib və mümkün nəticələri Bakı-İrəvan arasındakı məsələlər kontekstində çıxarmaq olar;

Sülh sazişi: xarici işlər nazirlərinə saziş üzrə danışıqlar aparmaq, hazırlıqları həyata keçirmək tapşırığının verilməsinə dair razılaşma əldə edilsə və müəyyən təmaslar olsa da, İrəvan tərəfindən heç bir praktiki addımın atılmaması nəticəsizliyə gətirib çıxardı;

Sərhəd: delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması da Brüsseldə razılaşdırılmışdı, ilk təmaslar quruldu da, hərçənd, yenə Ermənistanın praktikada əməlsizliyi bu istiqamətdəki anlaşmanı da sıfıra endirir; görüşdən bir gün öncə – 30 avqustda sərhədlə bağlı görüşün Moskvada keçirilməsi də Brüssel masasında bu məsələnin əsas gündəm olmayacağını deməyə əsas verir;

Qarabağ: öncəki görüşlərin bəyanatları Aİ-nin bu məsələni Azərbaycanın daxili məsələsi olaraq qəbul etdiyini deməyə əsas verir, sonuncu görüşdə “Qarabağdakı etnik ermənilər” qeydi bu mövqeyi bir qədər də gücləndirdi;

Bugünkü görüşdə Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərində müzakirə edə biləcəyi iki məsələ ola bilər.

Birincisi, sülh sazişi üzrə başladılan prosesin davam etdirilməsidir: saziş üzrə nümayəndə heyətinin tərkibinin formalaşdırılması müzakirə oluna, Bakıdan fərqli olaraq, bu istiqamətdə heç bir addım atmayan İrəvan tərəfindən də nümayəndə heyətinin təyin edilməsi üzrə razılaşma yenilənə bilər;

İkincisi, kommunikasiyanın açılması üzrə müzakirələrdir: bu məsələ yenidən “ölkələrin suverenliyi əsasında” qeyd oluna bilər və bu, bu, Zəngəzurun “yol məntiqi” ilə açılmasını istəyən İrəvanın maraqlarına uyğun olsa da, praktikada işləməyəcəyi də məlumdur; Bakı bu məqamdan manevr olaraq istifadə edir;

Bütün bunlar Brüssel görüşündən ciddi nəticələrin olacağı gözləntisini azaldır. Bu görüşə daha çox “tərəflər üçün niyə lazımdır” prinsipindən yanaşa bilərik.

– Avropa İttifaqı Bakı-İrəvan münasibətlərində və bunun üzərindən bölgədəki iştirakçılıq payını saxlamaq niyyətindədir;
– Ermənistan Brüssel görüşünü xüsusilə kommunikasiya və sərhəd məsələsində Moskva masasındakı mövqelərinin nəzərə alınmasına nail olmaq üçün vasitə olaraq görür;
– Brüssel masası Azərbaycan üçün də Moskva qarşısında əlini gücləndirəcək alternativ xarakteri daşıyır, bununla yanaşı, Bakının iki hədəfi də var;

a) Minsk qrupu formatına qarşı alternativ platformanı gücləndirmək: görüşdən öncə Vaşinqtonun “Minsk qrupuna” yeni təyinatı da Qərb cəbhəsində Aİ-nin vasitəçiliyinin aktuallaşmasının Bakı üçün əhəmiyyətini göstərir, hərçənd, ABŞ-ın bu gedişi “Brüssel Vaşinqtonun mövqeyini təkrarlaya bilərmi” sualını da önə çıxardı; okeanın o tayından belə istəklərin olduğu bəllidir, lakin nail ola biləcəyi ehtimalı azdır:

1. Görüşdən öncə masadakı məsələlər tərəflər arasında razılaşdırılıb;
2. Bu mövqe Brüsselin əldə etdiyi əvvəlki razılaşmalara paradoksdur və belə bir məsələnin gündəmə gəlməsi Aİ-nin vasitəçiliyini risklər yarada bilər;

b) Azərbaycan belə görüşlərlə həm Qərb, həm Rusiya masasındakı razılaşmaların icrasına nail olmaq üçün təkcə diplomatik yox, hərbi müstəvidə addımlar ata biləcəyini də legitimləşdirir;

Asif Nerimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir