KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Batkanın Bakı səfərinin hədəfi: Belarus Türk Şurasına doğru…

Asif Nerimanlı: Batkanın Bakı səfərinin hədəfi: Belarus Türk Şurasına doğru…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
401 0


Lukaşenkonun son prezident seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi maraqlıdır.

Bayden-Putin qarşıdurmasından nəsibini alacaqlar siyahısında ilk sıralarda olan Batka çətin vəziyyətə düşüb.

Bayden təzyiqi, Putin Rusiya-Belarus “birləşməsi”ni ehtiva edən “dərin inteqrasiya”nın gerçəkləşməsi tələbini artıracaq. Xüsusilə Donbasdakı gərginlik fonunda Moskva Belarus planını tezləşdirmək niyyətindədir. Son seçkilərdə yaşananlar isə göstərdi ki, belaruslular rus xəttinə müsbət baxmırlar və bu, ABŞ üçün müdaxilə imkanı yaradır.

Rusiya və ABŞ arasında qalan Lukaşenko üçün hər iki seçim “sağ qalmaq perspektivi vəd etmir.

Və Batka üçüncü seçim axtarışındadır: türk yolu…

Lukaşenkonun ilk xarici səfərini Bakıya etməsinin əsas hədəfi Türk Şurasına üzv (ilkin mərhələdə müşahidəçi kimi) olmaqdır.

1. “Rus ittifaq”larında yer alan türkdilli ölkələrin Türk Şurasına üzv olması Minsk üçün presedent yaradır;
2. Lukaşenko Bakı və Ankara üzərindən Qərblə münasibətlərini düzəltmək, ən azından təzyiqləri zəiflətmək şansı əldə edə bilər;
3. Rusiyanın “dərin interqsiya” tələbini geri çevirmək, ən azından təxirə salmaq üçün Moskvaya alternativinin olduğu mesajını verir;
4. Rusiyaya qarşı beynəlxalq çağırışlar fonunda Moskvanın yanında görünmək istəmir;
5. Qarabağ müharibəsindən sonra, daha doğrusu, yeni geosiyasi reallıqda yüksələn türk birliyinin qapısı Batka üçün “sağ qala bilmək” seçimidir;

Bu kontekstdə Ərdoğanın dediyi “tam və müşahidəçi qismində Türk Şurasına qatılmaq istəyən ölkələr” arasında Belarusun da olduğu ehtimalı böyükdür.

Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşündən çəkilmiş foto isə özündə çox şeyi ifadə edir.

Asif Nerimanlı kafkassam Bakü

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir