KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Asif Nerimanlı: Bakı geri çəkiləcəkmi?

Asif Nerimanlı: Bakı geri çəkiləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
401 0

Əvvəlcə ABŞ və Fransa, ardınca Rusiya Azərbaycan Ordusunun “əvvəlki mövqelərinə” geri qayıtmağı ilə bağlı çağırışı etdi: Vaşinqton və Parisin çağırışlarının praktikada təsiri olmadığı bəllidir, lakin sülhməramlıları bölgədə yerləşən Moskvanın çağırışı narahatlığa əsas yaradır, çünki bundan öncə məhz rusların müdaxiləsi ilə bir çox addımların qarşısı alınıb.
Yenə eyni hal yaşana bilərmi?
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında bu suala cavab tapmaq mümkündür:
Birincisi, Azərbaycan Ordusu öz suveren ərazimizdə hərəkət edib və dislokasiya edildiyi mövqelərdən geri çəkilməyəcək;
İkincisi, bölgədə gərginliyin səbəbi 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilməməsi – erməni silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmamasıdır: bu, həyata keçirilmədiyi müddətdə belə hallar davam edə bilər;
Mümkündür ki, Rusiya tərəfinin “israrlı” açıqlamaları yenə davam edəcək, lakin bunun praktikada dəyişikliyə səbəb olacağı ehtimalı azdır. Azərbaycanın bu dəfə geri çəkilməsi Qarabağda gələcək planlarda risklər yarada bilər, Bakıda bunu anlayırlar. Bakıda onu da anlayırlar ki, mövcud vəziyyətdə bölgədə yeni gərginlik Moskvaya da sərfəli deyil, əksinə, üçtərəfli razılaşmalarda irəliləyiş olmalıdır, xüsusilə sərhəd və kommunikasiya məsələsinin önünü bağlayan 4-cü maddənin icra edilməsi istiqamətində. Və bunun üçün şərtlər yetişdirilməlidir.

Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir