KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Asif Nerimanlı: Əliyev “sərhəd missiyası” ilə hansı gedişi edir?

Asif Nerimanlı: Əliyev “sərhəd missiyası” ilə hansı gedişi edir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
307 0

Praqa bəyanatında ən vacib məqamlarından biri sərhədlə bağlıdır: razılaşmaya görə, Avropa İttifaqı və Fransa Azərbaycan-Ermənistan sərhədinə “mülki missiya” göndərəcək;

Bu, Avropanın və Ermənistanın maraqlarına uyğun bənd kimi görünür:

– Qərb bu missiya ilə bölgədə iştirakçılıq payını artırır və Rusiya qarşısında güc balansını müəyyən qədər təmin edir;
– Ermənistan bu missiya ilə sərhədin delimitasiyasında istəyini təmin edə biləcəyini hesab edir: Rusiyanın təsirini azaldır; delimitasiyanın SSRİ xəritələri ilə müəyyən edilməsinin gündəmdən çıxarmaq və Azərbaycanın bu xəritələrə əsaslanaraq, sərhəd xəttini hərbi müstəvidə bərpa etməsi perspektivinin qarşısını almaq imkanı qazana bilər;

Bu, Azərbaycanın sərhədlə bağlı planına uyğun görünmür və “Bakı niyə buna getdi” sualını yaradır.

Burada Bakının hansı gediş etdiyi və nə planlaşdırdığına diqqət etmək lazımdır.

Birincisi, Azərbaycan son sərhəd insidenti zamanı nəzarəti bərpa etdiyi mövqelərdən geri çəkilmir: bəyanatda bununla bağlı heç bir qeydin olmaması sərhəd döyüşlərində əldə edilən nəticələrin buna görə Bakıya ən çox təzyiq edən Qərbdə qəbul edildiyi deməkdir;

İkincisi, “sərhəddə monitorinq missiyası” Azərbaycan yox, Ermənistan ərazisində fəaliyyət göstərəcək: Əliyev missiya ilə Azərbaycan ərazisinə daxil olmadan əməkdaşlıq etmək məsələsində razılaşıb;

Bu məqamın siyasi proseslərə təsir edəcəyi aydın görünür:

– Bakı Avropanın istəklərini müəyyən qədər nəzərə almaqla yanaşı, müşahidə missiyasını öz ərazisinə qoymamaqla Rusiyanın da maraqlarını nəzərə aldı;
– Ermənistan Avropanı öz ərazisində, həm də bölgədə Rusiyaya rəqib kimi gətirir və bu, Moskvanın maraqlarına qarşı ciddi gedişdir;
– Rusların İrəvana qarşı Azərbaycanın maraqlarının nəzərə alındığı gediş edəcəyi perspektivi güclənir;

Əliyev Qərbin Azərbaycana qarşı cəbhə almasına imkan vermir, Rusiyanın Ermənistana qarşı cəbhə almasına zəmin yaradır.

Və proseslərin mümkün inkişafında birinci istiqaməti – İrəvan-Moskva qarşıdurmasını formalaşdırır.

Bunun fonunda ikinci istiqamət – Rusiyanın Ermənistana təsir imkanlarının zəifləməsi perspektivi də var. Bakı bu perspektivdə də sərhədin delimitasiyasının Ermənistanın istədiyi kimi olması imkanlarını zəiflədir.

a) Aİ və Fransanın “mülki missiyası” bölgədə davamlı yox, maksimum iki ay müddətində qalacaq və əsas işi delimitasiya-demarkasiya komissiyasına kömək etməkdir: Bakının komissiyanın gündəliyinə daxil etdiyi sərhədin SSRİ dövrünün xəritələrinə uyğun müəyyən edilməsi prinsipi dəyişmir;

b) Azərbaycanın maraqları nəzərə alınmasa, rəsmi Bakı öz ərazisində fəaliyyət göstərməyən missiya ilə əməkdaşlıqdan imtina imkanını özündə saxlayır;

c) Azərbaycan və Ermənistan Praqa bəyanatında BMT və Alma-Ata bəyannaməsinə sadiq qalaraq, bir-birinin ərazi bütövlüyünü tanısa da, bu, sərhədin delimitasiya edilməsi qarşısında ciddi əngəl deyil: delimitasiyadan sonra ərazilər beynəlxalq sənədlərdə sərhəd müqaviləsinə uyğun təspit edilə bilər;

Beləliklə, Bakı Qərb cəbhəsini neytrallaşdırır, Moskva-İrəvan qarşıdurmasına zəmin yaradır və Rusiya-Qərb toqquşmasını “müşahidə missiyası”nın yerləşəcəyi Ermənistan ərazisinə köçürür.

Asif Nerimanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir