KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Asif Narimanlı: Ukrayna Rusiya ilə danışıqlarda Belarusun vasitəçiliyinə razılaşıb

Asif Narimanlı: Ukrayna Rusiya ilə danışıqlarda Belarusun vasitəçiliyinə razılaşıb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
312 0

Ukrayna Rusiya ilə danışıqlarda Belarusun vasitəçiliyinə razılaşıb: görüş Moskvanın istədiyi kimi Qomeldə yox, Ukrayna-Belarus sərhədində – Pripyat çayı yaxınlığında baş tutacaq; Kiyev görüşün “ilkin şərt olmadan” keçiriləcəyini açıqlayıb;

Zelenski Belarus tərəfsiz olmadığına görə Qomel masasından imtina etmiş, Bakı və İstanbul da daxil olmaqla tərəfsiz bölgədə danışmaq istədiklərini açıqlamışdı. Lukaşenko ilə danışdıqdan sonra razılaşdı və bunun mümkün iki səbəbi var:

– Kiyev Minskin görüş təklifini müharibədə Belarusun neytrallığına nail olmaq məqsədilə razılaşıb;
– Görüşə razı olmaqla döyüşün müəyyən qədər səngiməsini və zaman qazanmağı hesablayır;

Zelenski Moskvanın istədiyi kimi Qomeldə yox, Ukrayna sərhədi yaxınlığında keçirilməsinə razılaşmaqla Rusiyanın “üstün tərəf” mövqeyini zəiflətdi. Rusiya bu görüşlə “sülhdən” yana olduğunu nümayiş etdirmək, həm Ukrayna, həm də rus xalqı üzərində “müharibəni Zelenski istəyir” təbliğatına əsas yaratmaq istəyir, hərçənd, olduqca zəif gedişdir.

Böyük ehtimalla Moskva şərtlərini – Ukraynanın təslim olması, “neytral status”la razılaşması – deyəcək, Kiyev razılaşmayacaq və döyüşlər davam edəcək. Görüşün keçirilməsində hər iki tərəfin öz manevri var.

Lakin artıq nə döyüşdə, nə də danışıqlarda güclü tərəf Rusiya deyil. Putinin nüvə gücləri və hiporsenik raketləri “döyüş hazırlığına” gətirmək əmri də çətin vəziyyətə düşdüyünü göstərir.
Asif Narimanlı Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir