KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Asif Nərimanlı: Əliyev-Putin-Paşinyan görüşündə nələrə imza atıla bilər?

Asif Nərimanlı: Əliyev-Putin-Paşinyan görüşündə nələrə imza atıla bilər?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
316 0

Kreml növbəti həftə üçtərəfli görüşün keçiriləcəyini açıqladı: görüşün 9 noyabrda – müharibənin başa çatmasının ildönümündə keçirilməsi haqda məlumatlar və gözləntilər olsa da, Paşinyan Peskovun açıqlamasına münasibət bildirərkən, “9 noyabrda görüşlə bağlı heç bir razılıq yoxdur” deyə təkzib etdi. Peskov da dəqiq tarix yox, “gələn həftə” deyir.

Rusiya üçün vacib olan müharibənin başa çatmasının ildönümündə növbəti üçtərəfli görüşü təşkil etməkdir: Moskva bir il sonra da Azərbaycan-Ermənistan münasibətlərində, ümumilikdə bölgədə “hakim rol” oynadığını nümayiş etdirir;

Görüşdən mümkün gözləntilər:

1. Üçtərəfli razılaşmaların icrası müzakirə olunacaq və tərəflərin razılaşmalara sadiqliyi yenidən təsdiqlənəcək;

2. Kommunikasiyaların açılması ilə bağlı qrafik təsdiqlənəcək: Moskva bəyanatına (11 yanvar 2021) görə İşçi Qrupu bu qrafiki tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün martın 1-nə qədər təqdim etməli idi; Ermənistan tərəfi prosesi uzatdığı üçün tərəflərin yüksək səviyyədə təsdiqləməsi təxirə düşürdü və istisna deyil ki, bu görüşdə qrafikin təsdiqlənməsi reallaşacaq; Overçukun İrəvana səfəri də Paşinyanı razı salmağa hesablanmış addım idi və Kremlin görüşə hazırlığı səfərin nəticə verdiyini deməyə əsas verir;

3. Sərhədlərin delimitasiya və demarkasiyasının hansı ilin xəritəsinə uyğun başlanması üçün üçtərəfli bəyanat imzalana bilər: kommunikasiyaların açılması trafikini təsdiq etmək üçün sərhədin müəyyənləşməsi prosesinə də başlanılmalıdır; baş nazir müavinlərinin təmsil olunduğu üçtərəfli İşçi Qrupunun növbəti görüşü noyabrın 29-da keçiriləcək və görünür, Moskva prosesdə əməli mərhələnin başlanması üçün bu görüşə qədər liderlər səviyyəsində razılaşmalara nail olmaq istəyir;

Kremlin “gələn həftə üçtərəfli görüş keçiriləcək” açıqlaması ilə bağlı iki məqam da diqqətdən yayınmır:

Birincisi, Nikol Paşinyanın Peskovu təkzib etməsidir: Ermənistan müxalifətinin “9 noyabrda yeni kapitulyasiya sənədi imzalanacaq” əsası ilə 8 noyabrda mitinq keçirmək planı var və Paşinyan “9 noyabr görüşü” ilə müxalifətin mitinqinə arqument qazandırmaq istəmir;

İkincisi, görüşün videokonfrans formatında keçirilməsidir və səbəb təkcə pandemiya deyil:

– Tərəflərin qrafikini uyğunlaşdırmaqda problem olub və Moskva “nəyin bahasına olursa olsun” prinsipi ilə çıxış yolunu onlayn formada tapıb;

– Nikol Paşinyan Ermənistan müxalifəti tərəfindən “ikinci kapitulyasiya aktı” kimi təqdim ediləcək razılaşmalar zamanı ölkəsində olmaq və vəziyyətin nəzarətdən çıxmasına imkan vermək istəmir;

Asif Nərimanlı Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir