Türkiyə ordusu Menbicdə

İran’ın Eski Solcu Örgütü: Halkın Mücahitleri Örgütü Kimdir?

Sevsen Şair: İran ile uluslararası müzakerelerde neredeyiz?

“Hocalı Soykırımı”nı Anladım da “Ermenistan Türkleri” Nerede?

Asif Nərimanlı: Zəngəzur: regionda yeni gərginlik ocağı yaranır

Gündem 21 Nisan 2021
34

    Zəngəzurda nə baş verir? İlham Əliyev qayıdacağıq dedi, Nikol Paşinyan “Sünik (Zəngəzur) yürüşü”nə cəhd göstərir, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bölgəyə gəldi.
    Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin icrası haqda danışarkən, “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” deməsi suallar yaratdı.
    – Əliyev kimə, hansı mesajı verir?
    – Dəhlizin reallaşması tarixi torpaqlara qayıtmağımız deməkdirmi?
    – Zəngəzurla bağlı hansı planlar var?
    İlham Əliyevin “101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacağıq” sözləri təkcə Ermənistana yox, 101 il öncə – 1920-ci ildə Zəngəzuru Ermənistana verən Rusiyaya da ünvanlanır. O cümlədən, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyən Azərbaycan dövlətinin növbəti hədəfini cəmiyyətə açıqlayır.
    Burada ən düşündürücü məqam “Zəngəzur dəhlizini icra edəcəyik” deyən Prezidentin ardınca “101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacağıq” hədəfini açıqlamasıdır.
    Bu, dəhlizin icra edilməsi ilə Azərbaycan xalqının Zəngəzura qayıtması demək deyil. Bu, dəhlizin reallaşması ilə Zəngəzura qayıdış prosesinin başlanması kimi oxuna bilər.
    Qarabağ müharibəsindən öncə dedikləri və müharibə Əliyevin torpaq məsələsində populizm etmədiyini təsdiqlədi. Bu baxımdan, “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” sözlərinin populizm olmadığı və dövlətin bununla bağlı strategiyasının mövcudluğu fikri önə çıxır.
    İlham Əliyev İrəvan hədəfini açıqlayarkən, “Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq” deməklə tarixi torpaqlara qayıdış strategiyasının “yol xəritəsi”nin necə olacağına işarə vurmuşdu. Və bizim ehtimala görə, Zəngəzurda iki dəhlizlə – Mehridən keçən və Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən – təsir imkanlarını genişləndirmək, investisiya layihələri ilə bölgəyə daxil olmaq, o cümlədən, təzminat və digər rıçaqlarla bölgədə fəaliyyətə göstərmək imkanlarının qazanılması planı ola bilər. Lakin bu, prosesin görünən, ehtimal olunan tərəfidir.
    Dövlətin strateji planlarının görünməyən tərəfləri nədir, bunu zamanla biləcəyik. İndi bir məsələ aydındır: Əliyev “Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” deməklə populizm etmir, hədəfləri göstərir.
    Bunun fonunda Ermənistanda baş verən iki hadisə diqqət çəkir: Paşinyan və Linn Treysi Zəngəzura gəldi.
    Paşinyanın gəlişi daxili proseslərdən qaynaqlanır:
    1. Siyasi rəqiblərinə bölgəyə hakim olduğunu göstərmək;
    2. Bölgədəki etiraz elektoratını azaltmaq və seçkidə səs qazanmaq;
    Nikolla eyni ərəfədə ABŞ səfiri Linn Treysinin bölgəyə gəlişinin səbəbləri daha dərin görünür:
    – Səfir bölgədə əhalinin əhval-ruhiyyəsini öyrənir və seçki öncəsi vəziyyətlə bağlı hesabat hazırlayacaq. ABŞ səfirlərinin belə təcrübəsi var.
    – Vaşinqton Rusiyanın Gümrüdəki hərbi bazasının bir hissəsinin bölgəyə köçürülməsi planlarını araşdırır: ruslar bu addımla həm də Türkiyə üzərindən de-fakto Azərbaycana gələn NATO-ya qarşı Zəngəzurda müdafiə zolağı yaradır.
    – Vaşinqton Zəngəzur dəhlizini və perspektivlərini yerində öyrənmək istəyir: ABŞ-ın bölgədə dəstək verdiyi Gürcüstan marşrutuna alternativ yol kimi və Çinin “bir kəmər bir yol” layihəsi çərçivəsində gördüyü dəhlizi öz nəzarətinə götürməklə Mərkəzi Asiyaya çıxış planında istifadə etmək niyyəti var.
    Proseslərin inkişafı, xüsusilə bölgədə ABŞ və Rusiya maraqlarının toqquşması Zəngəzurun regionda yeni gərginlik ocağı ola biləcəyi ehtimalını gücləndirir.
    Burada Əliyevin “Zəngəzura qayıdacağıq” sözlərinin cari perspektivdəki hədəflərini anlamaq mümkündür:
    1. Bu açıqlamalar bölgədə erməni əhalisinin Paşinyan hakimiyyətinə qarşı etirazlarına əsas yaradır və mərkəzi hakimiyyətinin təsirini azaldır. Belə vəziyyət bölgənin gərginlik ocağı olması potensialını artırır.
    2. Qarabağdakı gərginlik Zəngəzura – Ermənistanın daxilinə köçürülür;
    Zəngəzurda gərginlik ocağının yaradılmasının Rusiyanın maraqlarına zidd olduğunu nəzərə alsaq, Bakı bununla Xankəndini Azərbaycana qarşı istifadə edən rusların qarşısında manevr imkanları da qazanır: sən Xankəndini qarışdırırsansa, biz də Zəngəzuru…
    Bu baxımdan, Əliyevin Zəngəzura qayıdacağıq açıqlamasındakı “101 il bundan əvvəl bizim əlimizdən alınmış” ifadəsi təsadüfi deyildi.
    Asif Nərimanlıkafkassam bakü

Yorumlar