KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Asif Nərimanlı: Ukrayna Putinin işğalı qarşısında təklənir?

Asif Nərimanlı: Ukrayna Putinin işğalı qarşısında təklənir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
301 0

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatdı. Humanitar dəhlizlə bağlı yenidən razılaşma olsa da, bunun işləyəcəyi sual altındadır.

Rusiya tərəfi müzakirələrin davam edəcəyini deyir, lakin atəşkəs əldə olunmadı: Moskva öz şərtlərinin yerinə yetirilməsinə qədər işğal hücumunu dayandırmaq niyyətində deyil; Medinskinin “gözləntilərimiz özünü doğrultmadı” açıqlaması rus ordusunun bombardmana davam edəcəyi deməkdir;

Bunun fonunda artıq 12 gündür davam edən müharibə də adiləşir, əvəzində istər Ukraynaya dəstək məsələsində, istərsə Rusiyaya münasibətdə Qərb cəbhəsində fikir ayrılıqları var.

Zelenskinin son iki çıxışında səsləndirdiyi fikirlər real mənzərəyə dair çox şeyi ifadə edir.

Ukrayna prezidenti hava məkanının bağlanmaması qərarını verən NATO-ya “Bu gündən etibarən ölənlərin hamısı sizin günahınız üzündən, sizin zəifliyiniz və parçalanmış vəziyyətdə olduğunuz üzündən öləcək” dedi və əlavə etdi ki, Şimal Alyansında nə olursa olsun, onlara dəstək verən ölkələri də unutmurlar: bu, Ukraynaya münasibətdə Qərb cəbhəsinin fikir ayrılığı yaşadığını göstərir.

Və aydındır ki, Ukrayna prezidenti müharibənin 10-cu günündən etibarən NATO-ya – Qərbə üsyan etməsi istədiyini almağa hesablanmış gedişdir, amma haqlıdır da, çünki ölən onun insanı, dağılan onun ölkəsidir.

– Rasional yanaşma NATO-nun Rusiya ilə müharibəyə girməmək, bununla dünya müharibəsinə başlamamaq üçün hava məkanının bağlamamaq qərarını verdiyini deyir;
– Rasional yanaşma Ukraynanın NATO üzvü olmadığını və ittifaqın onu qorumaq öhdəliyinin olmadığını deyir;
– Rasional yanaşma “bu, Ukraynanın müharibəsidir, Qərbin deyil” deyir;

Rasional yanaşma onu da deyir ki, ABŞ-NATO özlərinin də etiraf etdiyi kimi, Rusiyanın Ukrayna bataqlığından sağ çıxmayacağını düşünürlər və bunun üçün müharibənin davam etməsində maraqlı tərəf kimi görünürlər. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, Ukraynada verdiyi itkilər də bu proqnozun mümkün ola biləcəyini istisna etmir, hərçənd, cari dövr üçün iki reallıq da ortadadır:

Birincisi, işğal hücumuna görə maliyyə itkisi ilə üzləşən Rusiya buna paralel olaraq qiyməti pik həddə çatan enerji resursları ilə “cibini” doldurur: neft 130, qaz 4 min dollara çatıb və Rusiya üz-üzə dayandığı Avropa bazarında mövqelərini saxlayır. Şolz bildirir ki, “Almaniya və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları dəstəkləyir, lakin indi rus enerjisindən imtina etmələri praktiki olaraq mümkün deyil”. Bu o deməkdir ki, Moskvanın işğal hücumunu davam etdirmək və prosesdən “sağ çıxması” üçün imkanları hələ tükənməyib;

İkincisi, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar uzunmüddətli dövrə hesablanıb, yəni bu tədbirlər Moskvanın hücumunu dayandırmağa bəs etməyəcək və Ukraynanın işğal edilməsi, yaxud rusların ağır şərtləri ilə razılaşması daha real görünür;

ABŞ-ın Ukraynaya döyüş təyyarəsi vermək istəyən NATO ölkələrinə “yaşıl işıq” yandırmasının da vəziyyəti dəyişəcəyi inandırıcı deyil: bu, Vaşinqtonun özünü Kiyevin tənqidlərindən yayındırmasına daha çox bənzəyir: Ukrayna pilotlarının idarə edə biləcəyi təyyarələri Rumıniya, Bolqarıstan, Polşa kimi ölkələr verə bilər, Rusiyanın təhdidindən sonra onlar bundan imtina etdi; aydın görünür ki, “yaşıl işıq” yandıran Vaşinqton Kiyevin tənqid hədəfini NATO-dan bu ölkələrə yönləndirməsi gedişi edir;

Pentaqonun son məlumatına görə, Rusiya Ukrayna ətrafına topladığı bütün qüvvələri müharibəyə cəlb edib. Bu, Moskvanın işğal hücumunun hədəfini yekunlaşdırmaq niyyətindən xəbər verir və o deməkdir ki, döyüşlər daha da şiddətlənə bilər.

Rusiyanın hücuma keçməsindən bir gün öncə – 22 fevralda Ukraynanın poliqona çevriləcəyini, hücumun başladığı gün “Ukraynanı qırğına verdilər” deyə yazmışdıq. 10 gün sonra təəssüf ki, real mənzərə bunu göstərir. Və bunu artıq Ukrayna rəhbərliyinin açıqlamalarında görmək mümkündür.

Asif NərimanlıKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir