KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nərimanlı: Soçi görüşünün nəticəsi: üçtərəfli bəyanatda nələr var?

Asif Nərimanlı: Soçi görüşünün nəticəsi: üçtərəfli bəyanatda nələr var?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
52 0

Soçi görüşü üçtərəfli bəyanatın imzalanması ilə yekunlaşdı. Bəyanatı iki kontekstdə qiymətləndirmək olar.

Birincisi, sərhədin delimitasiya və demarkasiyasıdır:

Tərəflər sərhədin müəyyənləşməsi ilə bağlı razılaşırlar. Burada diqqətçəkən məqam yaradılacaq ikitərəfli komissiyanın fəaliyyətidir. Bəyanatda qeyd olunur ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”.

Bu qeyd iki fərqli fikri yaradır: delimitasiya və demarkasiya prosesini yaradılacaq ikitərəfli komissiya həyata keçiriləcək; delimitasiya – xəritə üzərində sərhədin müəyyən edilməsi – Rusiyanın vasitəçiliyi ilə həll olunur, demarkasiya – müəyyən edilən sərhədin yerində işarələnməsi – Azərbaycan və Ermənistanın ikitərəfli komissiyası tərəfindən aparılır;

İkinci fikir daha real görünür:

– əlində xəritələr olan Rusiya bütün prosesi ikitərəfli komissiyaya buraxmaq istəməz;
– mətndən də görünür ki, delimitasiyadan sonra tərəflər ikitərəfli komissiyanın yaradılması üçün Rusiyaya müraciət edəcəklər;

Məsələnin bu cür qoyuluşu sərhədin hansı xəritəyə əsasən aparılacağı üzərində şifahi razılaşmanın olduğu fikrini önə çıxarır və Moskva əlindəki xəritə üzərində sərhədin cızılması prosesində iştirak etdikdən sonra demarkasiyanı tərəflərin öhdəsinə buraxacaq.

İkincisi, kommunikasiyanın bərpasıdır;

Bəyanata görə, tərəflər kommunikasiya bərpası üzrə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulayırlar.

Bu, kommunikasiyanın bərpası qrafikinin təsdiq edilməsi deyil. Görünür, bununla bağlı hələ də dəqiqləşdirilməyən məqamlar var, xüsusilə Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi irəliləyişi çətinləşdirir. Üçtərəfli görüşdə səslənən fikirlər yaxın vaxtlarda bununla bağlı addımların atıla biləcəyi yönündə idi.

Üçtərəfli bəyanat ümumilikdə Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş əvvəlki bəyanatlara sadiqliyin ifadə edilməsi xarakteri daşıyır. Müəyyən qədər irəliləyişin yalnız sərhədlə bağlı olduğunu deyə bilərik.

Asif Nərimanlı Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.