KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Asif Nərimanlı: Rusiya ilə müttəfiqlik bəyannaməsində Qarabağla bağlı nələr var?

Asif Nərimanlı: Rusiya ilə müttəfiqlik bəyannaməsində Qarabağla bağlı nələr var?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
38 0

Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə Qarabağ məsələsinə aid edə biləcəyimiz 4 bəndi qeyd etmək olar.

1-ci bənd üzrə:

– tərəflər bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət edir, eləcə də daxili işlərinə qarışmır: Rusiya bununla bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığını qeyd edir; Bakı bu bəndən istifadə edərək, Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycanın daxili məsələsi olduğu faktının qəbul edilməsinə nail ola bilər;

9-cu bənd üzrə:

– İki ölkə müharibədən sonra imzalanmış üçtərəfli razılaşmaların – 10 noyabr, 11 yanvar və 26 noyabr – icrasına dəstək verəcəklər: bu, 10 noyabr razılaşmasında icra edilməyən bəndlərin həyata keçirilməsini, kommunikasiyanın açılmasını və sərhədin delimitasiya edilməsini özündə ehtiva edir;

10-cu bənd üzrə:

– tərəflər region dövlətləri arasında uzunmüddətli sülhün yaradılmasında əməkdaşlıq edəcək;

Bakı bu iki bəndi əsas götürərək, erməni qoşunların Qarabağdan çıxarılmasında (4-cü bənd), azərbaycanlıların ermənilərin yaşadığı ərazilərə qayıtmasına nail olmaqda (7-ci bənd), kommunikasiyanın açılmasında, sərhədin delimitasiya-demarkasiya edilməsində və yekun olaraq sülh sazişinin imzalanmasından Rusiyadan dəstək ala bilər.

18-ci bənd üzrə:

– Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə və s. mübarizədə səylərini birləşdirirlər: bəyannaməyə görə, Rusiya Azərbaycanın suverenliyinə hörmətlə yanaşır və bu bəndin məntiqinə görə, Qarabağdakı qondarma rejimi separatçılıq təhdidi kimi qəbul etməlidir; Bakı bu razılaşmadan separatçı-terrorçu rejimin ləğvi üçün istifadə edə bilər;

Bu bəyannamə ən azı Rusiyanın Azərbaycan-Ermənistan məsələsində neytral mövqeyinin rəsmiləşməsi hesab oluna bilər. Və Bakının bu razılaşmadan müharibədən sonra hazırladığı gündəliyin qəbul edilməsində yararlanmağa çalışacağı bəllidir.

Asif Nərimanlı Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.