KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nərimanlı: Paşinyanın referendum qərarının hədəfi…

Asif Nərimanlı: Paşinyanın referendum qərarının hədəfi…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
465 0

Paşinyan oktyabr ayında referendum keçiriləcəyini elan etdi: hədəf yarı prezidentlik üsul-idarəsinə keçid etməkdir və beləliklə baş nazirlə prezident dövlətin idarəçiliyində səlahiyyətləri paylaşacaq.

Nikolun bu qərarının iki səbəbi var:

1. Mitinqdən öncə prezident Armen Sarkisyanla görüşən Paşinyan Onik Qasparyanın istefası ilə bağlı fərmanın imzalanmasını müzakirə edib. Nikolun Armenə təzyiq göstərdiyi bəllidir, lakin görünür, prezidentə öz cəbhəsinə çəkmək üçün həm də vəd verib:

– konstitusiya dəyişdirilir, prezidentin səlahiyyətləri artırılır və hakimiyyətdə daha çox güc əldə etmək istəyən Armen də istəyinə nail olur;
– bunun üçün Qasparyanı istefaya göndərməlidir (prosedura görə, prezidentin qərar vermək üçün bir gün vaxtı qalıb);
– Paşinyanın təzyiqi qarşısında (impiçment təhdidi) başqa seçimi qalmayan Armen oyundan qazanclı çıxmaq istəyir;

Qiyamçı generalları neytrallaşdırmaq və orduda təsirini gücləndirəcək islahatları aparmaq üçün Nikola vaxt lazımdır. Bu məqsədlə səlahiyyətlərini Armenlə bölməyə hazırdır, yaxud istəyinə nail olana qədər özünü belə göstərir.

2. Referendum qərarının arxasındakı uzaq hədəflər başqadır:

– Nikol konstitusiya dəyişikliyi ilə səlahiyyətləri artırılmış prezident postuna özü namizəd ola bilər: bununla həm müharibədən sonra üzərindəki yükləri komandanın digər üzvünə transfer edə, həm də hakimiyyətdə qala bilər;
– Konstitusiya dəyişikliyi Konstitusiya Məhkəməsini də ələ almaq üçün lazımdır: hökumət KM-nin keçmiş hakimiyyət dövründən qalmış hakimlərini nə vədlər, nə də təzyiqlə ələ ala bilmədi, onların səlahiyyətlərinin ləğv edilməsi üçün 2020-ci ilin aprel ayında referendum keçirilməsi qərarına gəldi, lakin pandemiyaya görə bu plan yarımçıq qaldı; indi hakimiyyətində yaranmış boşluqların aradan qaldırılması üçün yaranmış vəziyyəti fürsət kimi görür; və bu qərarını çoxminli aksiyada elan etməklə “xalqın istəyi” kimi təqdim edir;

Asif Nərimanlıkafkassam bakü

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir