Çaldıran döyüşü Azərbaycan, Türkiyə və İran dərsliklərində

TÜRKİYE-RUSYA İTTİFAKI VE BATI

Türk kimliyinin geosiyasi gücə çevrilməsindən ehtiyyat edirlər”

İran’ın gelişmiş silahlara ihtiyacı var: Kim satıcı olacak?

Asif Nərimanlı: Paşinyandan ruslara “İsgəndər” zərbəsi…

Gündem 24 Şubat 2021
52
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Nikol Paşinyan Serj Sarkisyanın “İsgəndər” raketlərindən vaxtından istifadə etməmək iddiasına cavabında bildirib:
– Qoy sual versin (Serj Sarkisyan) niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10 faiz partladı?… Bəlkə bu 80-ci illərin silahı idi?”.
Paşinyan Sarkisyana demək istəyir ki, “mən sizin qurduğunuz ordu və silahlarla döyüşdüm, fəxr etdiyiniz “İsgəndər”lər də işləmədi”. Hərçənd, erməni baş nazir əslində Sarkisyan üzərindən Rusiyanı hədəfə alır.
Birincisi, Nikol uzun müddətdən sonra səssizliyini indi – müxalifətin etirazlarının təhlükəli miqyas almağa başladığı vaxt pozdu;
İkincisi, müsahibəni “1in.am” saytına – Ermənistanda qatı qərbpərəst və anti-Rusiya mövqeyi ilə seçilən media resursuna verdi;
Hazırda Qərb və Rusiyanın erməni müxalifəti üzərindən alternativ planlar qurduğunu nəzərə alsaq, etirazlar fonunda Nikolun hər iki cinaha mesajını çatdırdığını deyə bilərik: Qərbə “mən hələ də sizinləyəm”, Rusiyaya “təhlükə yaranarsa, sizə qarşı çıxa bilərəm”.
Erməni baş nazir bununla özünü də çətin vəziyyətə saldı:
– Bir işarə ilə “İsgəndər” haqqında artıq şübhə toxumları səpmiş oldu, II Qarabağ müharibəsində müdafiə sənayesi çətin vəziyyətə düşən Rusiyanın bunu bağışlayacağı çətindir;
– Bu həm də Ermənistanın müharibədə “İsgəndər”dən istifadə etdiyinin birinci şəxs tərəfindən etirafı hesab oluna bilər;
Asif Nərimanlı

Yorumlar