İlham Əliyevin ADA-dakı çıxışında ən mühüm məqam “İrəvana qayıdacağıq” sözləri idi: “…Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq?! Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.
Bu açıqlamanın üç şifrəsi var:
1. Çoxlu suallar qalsa da, Qarabağ münaqişəsi bitib;
2. Qarabağdan sonra əsas hədəf olan Zəngəzura qayıdışa start verilib;
3. Azərbaycanın yeni strateji hədəfi İrəvana qayıtmaqdır;
Əliyev “mövqeyimi təqdim edirəm” deməklə əslində dövlətin strateji hədəfini təqdim etdi.
Hadisələrin inkişafı xüsusilə diqqət çəkir. Dünən prezident Hərbi Qənimətlər Parkının açılışı etdi. Bu, yeni strateji hədəfin açıqlanmasından öncə Ermənistan üzərində qələbəni əyani şəkildə nümayiş etdirilməsi idi. Və bir gün sonra hədəfi müəyyənləşdirdi.
Niyə İrəvan, bu hədəfin şifrələri nədir?
Birincisi: Hər bir dövlətin daim canlı qalması üçün mütləq strateji hədəflərə ehtiyacı var. Qarabağ münaqişəsinin həllindən sonra 30 illik hədəfimiz başa çatdı, indi hədəflərimiz böyüyür.
İkincisi: Azərbaycan dünyaya tarixi torpaqlarından vaz keçmədiyini elan edir.
Üçüncüsü: Belə hədəfin qoyulması Qarabağda ikinci erməni dövlətinin yaradılması planını alt-üst edən Azərbaycanın tarixi torpaqlarında yaradılmış Ermənistanı təzyiq altında saxlamaq strategiyasıdır.
– Hədəf taxtasına İrəvanı qoyanda ermənilərin Qarabağ iddiası arxa plana keçir;
– Ermənistan üçün bölgədə var olmağın yeganə yolu Azərbaycanla normal münasibətlərdən keçdiyi reallığı yaranır;
Bakı “ən yaxşı müdafiə hücumdur” prinsipindən hərəkət edir.
Dördüncüsü: İrəvan hədəfinin geosiyasi dəyişikliklərə söykənən reallığı var. 100 il öncə dünyanın dəyişdirilən siyasi xəritəsinin 100 il sonra yenidən dəyişə biləcəyi perspektivləri yaranıb. Əliyev ola biləcək dəyişiklikləri anlayır və öncədən hədəfləri müəyyənləşdirir.
Və “Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq” sözləri ilə “yol xəritəsini” də təqdim edir.
– Zəngəzurda möhkəmlənməklə cənub çıxışı, Gürcüstanda möhkəmlənməklə şimal çıxışı nəzarətə götürülür və Azərbaycanla Türkiyənin arasında qalan Ermənistanın qarşısında seçim qoyulur: sağ qalmaq üçün iddialarından əl çəkməli, normal münasibətlər qurmalıdır;
– Sərhədlərin açılması ilə Ermənistanda Rusiya təsirini Türkiyə təsiri əvəzləyir;
– İqtisadi rıçaqlarla asılı vəziyyətə salınır;
– Bakı və Ankaranın Ermənistan daxili siyasətində rolu gücləndirilir: bu istiqamətdə proseslərin getdiyi məlumdur;
İrəvana aparan yollar bunlardır və Əliyevin dediyi kimi, tarixi torpaqlarımıza tank üzərində yox, tankdan daha güclü olan siyasətlə qayıdacağıq.
Asif Nərimanlı
- Anasayfa
- »
- Azerbaycan
- »
- Asif Nərimanlı: İrəvan hədəfinin şifrələri: tarixi torpaqlara necə qayıdacağıq?
Asif Nərimanlı: İrəvan hədəfinin şifrələri: tarixi torpaqlara necə qayıdacağıq?
366 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.