KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Asghin Karimov : Ukrayna Rusiyanı kimin “müstəmləkəsi” hesab edir? – İki ölkə üzərinə vurğu

Asghin Karimov : Ukrayna Rusiyanı kimin “müstəmləkəsi” hesab edir? – İki ölkə üzərinə vurğu

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
278 0

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib ki, Rusiya qonşu ölkələrdən birinin “müstəmləkə”sinə çevrilə bilər.

“Kimsə 2023-cü ilin asan olacağını, ruslar üçün hər şeyin bitdiyini və hər şeyin yaxşı olacağını düşünürsə, mən bu fikri bölüşmürəm. Fakt budur ki, rusların sahibləri ola bilər. Bu gün biz müşahidə edirik ki, müəyyən qonşu ölkə artıq Rusiyanı tədricən özünə tabe etdirir, çünki onun orada öz maraqları var. Bu isə bütün dünya, o cümlədən bizim üçün çox təhlükəli tendensiyadır”, – o bildirib.

Maraqlıdır, Danilov Rusiya qonşu ölkələrdən birinin “müstəmləkə”sinə çevrilə bilər deyərkən konkret hansı ölkəni nəzərdə tutur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Aleksey Danilovun konkret bir ölkənin üzərinə vurğu etdiyi düşüncəsində deyil, sadəcə olaraq o, Rusiyaya qarşı cəbhənin genişlənə biləcəyi anonsunu verir:

“Rusiyanın hansı ölkənin müstəmləkəsinə çevrilə biləcəyi sualına cavab axtarası olsaq, o zaman iki oyunçunun adını çəkə bilərik.

Birincisi, Çindir. Pekinlə Moskva arasında əlaqələr rəqabət əsasında strateji əməkdaşlığa söykənir. Kreml Ukrayna münaqişəsində Çini öz tərəfinə çəkə bilməyib, olduqca ehtiyatlı bir mövqedə duran Çin özünün oyunlara girişində hansı təhlükələrlə üzləşəcəyini yaxşı hesablayır.

Ukrayna müharibəsi Çinin iqtisadi ekspansiyası üçün mühitdir, alternativ bazar kimi öz potensialını gücləndirir. Çin Ukraynanın da yanında durmayıb, hərçənd ki, verilən bəyanatlarda Kiyevə ərazi dəstəyi göstərilir.

Rusiya Çinə diktə etmək qabiliyyətində deyil, üstəlik, Pekini Qərb də öz platformasında görmək istədiyindən ola bilsin ki, ona yağlı vədlər verir.

Bu yağlı vədlər Mərkəzi Asiya, Asiya-Sakit Okean Regionu üzrə hansısa güzəştlər paketi ilə əlaqəli ola bilər, hətta mümkündür ki, Pekinin Tayvana müdaxiləsi üçün də altdan-altdan iş görülür.

Lakin Çin yenə də ehtiyatlıdır, Rusiya ilə genişlənən əməkdaşlıq platformasını riskə soxmaqdan qaçır. Bununla belə Rusiyanın Ukraynada apardığı müharibə, bunun yaratdığı itkilər Moskvanı vadar edir ki, Çin amilindən kompensasiyaedici amil kimi istifadə etsin, deməli, burada Pekin bir pillə Moskvadan qabağa düşür.

Danilovun Çini nəzərdə tutduğunu fərz etsək, o zaman deyə bilərik ki, Pekin Qərblə gizli təmaslarda Rusiyanın şişib böyüməsinə dəstək verməyəcəyini bəyan edib”.

Ekspert ikinci oyunçu kimi Türkiyənin adını çəkib:

“Məsələni Danilovun təbirincə “müstəmləkə” kontekstində izah edəndə ikinci oyunçu üzərində də düşünmək lazımdır. Bu, Türkiyədir. Məhz Ankara həm Rusiyaya qarşı genişmiqyaslı kampaniyaya qoşulmur, həm də Ukraynaya dəstək verir – özü də müxtəlif səviyyələrdə. Ehtiyatlı balansla müvazinətini saxlayan Türkiyə Rusiyanın gözündə əhəmiyyətini artırır, əvvəlki illərin bir neçə təcrübəsi isə Ankaranın Moskva ilə oyunlarda qalib çıxdığını göstərib. Bu mənada ola bilsin ki, cənab Danilov köhnə söhbətlərə və bunun bugünkü təzahürlərinə işarə verir. Nəzərə alaq ki, Türkiyə Suriyada da Rusiyanı ram edə bilib və iki rəqib ölkə Suriyada əməkdaşlıq edir.

Bu tendensiya Rusiyanın təsir qabiliyyətlərini taktiki cəhətdən zəiflətdiyindən Moskva Ankara qarşısında geri çəkilən qüvvə kimi görünür”.

Asghin Karimov Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir