Dünən Azərbaycana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov dedi ki:
1. Rusiya sanksiyalardan yayınmaq üçün öz iqtisadi əlaqələrinin Azərbaycan üzərindən həyata keçirilməsində maraqlıdır;
2. Moskva Azərbaycanın nəqliyyat-kommunikasiya imkanlarından istifadə etmək istəyir;
3. Moskva Rusiyanin Ukraynaya hücumundan 2 gün öncə imzalanmış Azərbaycan-Rusiya “Müttəfiqlik Bəyannaməsi”ni ciddi hesab edir və Bakıdan da bunu gözləyir;
4. Rusiya Federasiyası Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarının əsas mediatoru olmalıdır;
5. Azərbaycanın təhsil yolu ilə ruslaşdırılmasının davamı Moskva üçün mədəni məsələ deyil, xarici siyasət prioritetlərindəndir;
6. Rusiya Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyətinin Moskva ilə razılaşdırılmış şəkildə həyata keçirilməsini istəyir.
Bütün bunları qısaca belə də ifadə etmək olardı: Rusiya Azərbaycanı özünün əyaləti kimi görmək istəyir və görür.
Arustun Orujlu