KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Arthur Vanetsyan:”cəhənnəmə aparan yol yaxşı niyyətlə örtülmüşdür.”

Arthur Vanetsyan:”cəhənnəmə aparan yol yaxşı niyyətlə örtülmüşdür.”

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
305 0

Bəzən bir ifadə kitabın verə bilmədiklərini verə bilir. Bu günlərdə Ermənistanda seçkilərdə “Mənim şərəfim var” blokunun baş nazir namizədi Arthur Vanetsyan Ukraynanın “Strana” mediyasına verdiyi müsahibənin erməni və Ukrayna dillərində olan nüsxələri ilə tanış oldum. Ifadə başdan başa Paşinyanın Ermənistandakı siyasi fəaliyyətini o qədər əhatə edir ki, heç bir şərhə yer qalmır. :”Cəhənnəmə aparan yol yaxşı niyyətlə örtülmüşdür.”
Döğrudan da Paşinyan xalqının taleyinə sanki bəla gəldi, bələdçilik etdi və Ermənistanı siyasətçinin qeyd etdiyi kimi “cəhənnmə” apardı. Əslində qeyd olunan qanadlı ifadə ilə Arthur Vanetsyan da bunları qeyd etmək istəyirdi. Burada bir məsələnin də qeyd edilməsinə ehtiyac vardır. Kimin tərəfində olursa olsun, deyilirsə deyilsin elmi, siyasi həqiqət qəbul edilməlidir. Bir sıra hallarda insanlar “mənim diktatorum demokrat”,”sənin demokratın diktatordur” yanaşması ilə elmi ədalətə kölgə salırlar.
Arthur Vanetsyanın müsahibəsi Ermənistan Respublikasının Paşinyanın baş nazir olduğu illərinə sanki güzgü tutur. Axı, siyasətçi Ermənistanda yaşadığı üçün bu şübhəsizdir ki, qeyd olunan məsələləri bizdən yaxşı bilir.
Arthur Vanetsyan müsahibəsində xüsusi olaraq qeyd edir ki,” Paşinyan 2-3 ildə dövlət qurumlarını pozmağa, xarici siyasəti məhv etməyə, bütün tərəfdaşlarla münasibətləri korlamağa müvəffəq oldu.” Nə qədər də sərrast ifadə edilmişdir. Əslində “çörəyi ver çörəkçiyə” deyimini siyasətçilərə də aid etmək olar.
Klassik siyasətçilər çox maraqlı bir ifadə işlədirlər. Mahiyyət bundan ibarətdir ki, siyasi xadimləri hakimiyyətə müəyyən dalğalar gətirir. Paşinyan dünyanın qəbul etdiyi siyasətçi olmayıb, ölçüsünü biçisini bilməyən bir jurnalist olması üçün də bəlalar onu təqib edirdi. Əksər vaxtlarda danışmalı olduğunu deyil danışmalı olmadığını danışdığı üçün itirirdi. Buna görə də Vanetisyan “Paşinyan dəyişməyə can atan ermənilərin dalğasında hakimiyyətə gəldi.“ şəklində fikrini ifadə edir. Burada da çox düzgün qeyd edilir ki, siyasilərdən fərqli olaraq toplumlar daha tez yorulurlar. Ayağa qalxırlar. Belə olan vaxtda onların siyasi ehtiyacını duyan liderə ehtiyac yaranır. Paşinyanda liderlik vəsfi olmasa da mərkəzlər onu dəyişmək üçün yola düşən xalqa lider olaraq təqdim etdilər. Xalq da inanmasa da siyasilər artıq xərclənmişdir. Xalq məcbur olub Paşinyanı “lider” olaraq qəbul etdi.
Müsahibədə müzakirə olunan məsələlərdən biri də “müharibədən əvvəl və sonrakı vəziyyəti müqayisə etsək, Ermənistanda korrupsiya” vəziyyəti ilə əlaqədardır. “Paşinyan həqiqətən dəyişiklik gözləntiləri dalğası ilə, ədalət vədləri ilə gəldi. Ancaq dəyişikliklə real dəyişikliklər haqqında populist açıqlamalar arasında fərq qoymalıyıq. “Necə deyərlər, cəhənnəmə aparan yol yaxşı niyyətlə örtülmüşdür.“
Təəssüf ki, bizdə belə bir vəziyyət var. Cinayət və korrupsiya ilə mübarizə spekulyativ açıqlamalarla boğuldu. Üstəlik, ölkədə siyasi korrupsiyanın misli görünməmiş səviyyələrə çatdığı”nı Vanetisyan tərəfindən faktlarla təhlil edilir. Daha sonra qeyd edilir ki, “bunlar arasında yerliçilik, qayınana-tanış-dost prinsipi, dövlət qulluqçularına, millət vəkillərinə siyasi sədaqət müqabilində əsassız milyonlarla mükafat verilməsi, yüksək dövlət vəzifələrinin prinsipi ilə təyin edilməsi fərdi sədaqət və s”
Paşinyan hakimiyyətinin bəlaları ilə əlaqədar sorğuya cavab verən Vanetisyan hakimiyyətə yaxın olanlar xaricində heç kim onun həyatını yaxşılaşdırmadı. Qiymətlərin artması – yoxsulluq, işsizlik, iqtisadi çöküş, şantaj – məhkəmə sisteminə təzyiq, müxalif fikirlərə qarşı hüquq mühafizə orqanlarının istifadəsi, hər sahədə həddindən artıq səriştəsizlik. Bu serial çox uzun müddət davam etdirilə bilər.”
Özünə demokratik görüntü verməyə çalişan Paşinyan əslində “eyni zamanda, demokratiyanın ümumi tənəzzülü, geniş yayılmış insan haqları pozuntuları, söz azadlığına basqılar, media nümayəndələrinə, aparıcı media menecerlərinə qarşı hücumlar və ən yüksək səviyyədə koordinasiya olunan hakimiyyət bölgüsü prinsipi ilə qarşılaşırıq” qeyd edir siyasətçi və maraqlı da açmasını da verir. Siyasətçiyə görə sadaladığımız siyasi çatışmazlıqların hamısı “Paşinyanın kustarca hazırlamış olduğu yeganə düsturuna-yəni “mən dövlətəm” düsturuna uyğun gəlir və həyata keçirilir. Nikolizm(hətta epidemiya ilə əlaqədar olaraq Nikolavirus deyimi də var) misilsiz bir mutasiyaya məruz qalan populizmin bir formasıdır.” Bir sözlə, Paşinyanın heç bir vədi yerinə yetirilmədi və vətəndaşlar aldandı.
Vanetiyana görə Qarabağ müharibəsində məğlubiyyətin əsas səbəbi “Paşinyan iki-üç ildə nəinki dövlət qurumlarını zəiflətməyi, həm də Ermənistanın xarici siyasətini məhv etməyi, istisnasız olaraq bütün tərəfdaşlarla münasibətləri pozmağı bacardı. “”danışıqlar prosesi üçün real bir strategiyaya sahib olmamaq, bu barədə bir fikir sahibi olmamaq və ya formalaşdırmamaqla, Paşinyan ziddiyyətli bəyanatlarla bütün danışıqlar prosesini xaosa çevirdi və bu da əvvəlki bütün nailiyyətlərin məhvinə səbəb oldu.”Cıdır düzündə yallı diplomatiyası ilə grgin olan münasibətləri daha da gərginləşdirdi.
“Azərbaycan, necə deyərlər, Ermənistanın bir müvəffəqiyyət ümidi ilə müharibəyə səbəb ola biləcək bir vəziyyətdə olduqları anı tutdu. “Fakt budur ki, müharibə və itkilər geniş yayılmış dağınıqlığın nəticəsidir. Bütün bunlarda yalnız Paşinyan tərəfindən təmsil olunan hazırkı hökumət günahkardır.”
Lakin Vanetisyanın müsahibəsində də qəbul edilməz cəhətlər az deyildir. Paşinyanın fəaliyyətini tənqid etdiyi halda bir çox məsələyə yanaşmada onu təkrar edir. Müharibəni başlayan Ermənistanın məsuliyyəti üzərindən sükutla keçir. Azərbaycan Rusiya və Ermənistanın iştirakı ilə 8 noyabr 2020-ci ildə imzalanmış bəyanata da yaxınlaşması diplomati səriştəsizlik nümunəsidir.- “Lakin yuxarıda qeyd olunan bəyanat siyasi razılaşma deyil, atəşkəslə bağlıdır. Vurğulamaq istəyirəm ki, hazırda siyasi həll məsələsi açıqdır. “ Tamam ilə əsassız yanaşmadır. Heç bir atəşkəs yaxınlaşması özünü doğrulda bilməz. Yenə köhnə Arsax nağılları yeni ifada davam edir:” Bizim də möqeyimiz eyni ilə onu təsdiq edir. Qarabağ Azərbaycandır!” deyimi hər cür siyasi alveri aradan qaldırır və Azərbaycanın qeyd olunan ərazilərdə süveren hüquqlarını təmin edir.
Azərbaycan bütün proseslərdə “ədalətli sülh” tərəfdarıdır. Çox halda siyasilər sərhəddin hansı tərəfində olmasından asılı olaraq mövqelərini müəyyən edirlər. Lakin ədalətli sülhün təmin olunması üçün sərhəddin hansı tərəfində durmasından asılı olmayaraq prioritet şəxsin özü olmalıdır
Paşinyanın müxtəlif siyasi füqurlarla müqayisə edilməsinə Vanetisyan aydınlıq gətirmişdir. “Çünki Paşinyan məsələsində Ermənistanın milli maraqlarına xəyanət edən bir adamla qarşılaşırıq, onu başqa heç bir siyasətçi ilə müqayisə etmək olmaz.”
Başqa sözlə, bu situasiya təsiri deyildi, lakin Ermənistanda uzun illərdir şəbəkələr, təsir qrupları və vətəndaşların gözləntiləri formalaşmışdı və bu da məlum faciəli nəticəyə gətirib çıxarmışdı.
Siyasətçi qeyd edir ki, Ermənistanın qonşular dünyasına dair siyasətimizə gəldikdə, seçkilər nəticəsində mövcud hökumətin kənarlaşdırılması ilə Ermənistan ləyaqətini, imicini bərpa etməli, sonsuz məğlubiyyətləri dayandırmalı, xarici dünya ilə münasibətləri rasional və proqnozlaşdırılan tərəfdaş kimi həyata keçirməlidir. .” Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla Ermənistan dövlətçiliyi, ilk növbədə ictimai həmrəyliyi bərpa edəcəkdir inkişaf etdirməlidir.” “əvvəlcə bu meymunlardan, yalançılardan, kapitulyatorlardan qurtulacağıq, ruhumuzu bərpa edəcəyik”. Amma siyasətçinin proqnozları özünü döğrultmadı. Ermənistan kapitülyator Paşinyanla yola davam etmək istəduiyini seçkilərdə ifadə etdilər.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir