1. Mandat sahibi olmaq kimi xüsusi bir arzum heç vaxt olmayıb. 2005-ci ildə də, ondan sonrakı bütün dövrlərdə də seçki prosesinə qoşularkən məqsədim bu olub ki, parlamentdə və ümumi olaraq ictimai-siyasi həyatda keyfiyyətin artmasına töhfə verim. Xalqıma və dövlətimizə daha yaxşı xidmət edim. Bunu deputat kimi etmək imkanım olmayanda müəllim kimi, tədqiqatçı kimi, sadə vətəndaş kimi etməyə çalışmışam.
2. Mən dəyərlərə inanıram, dəyərlər uğurunda yaşayıram. İstəyirəm ki, insanlarımız dəyər daşıyıcısına çevrilsinlər. Digərlərinin davranışlarını dəyərlər prizmasından dəyərləndirirəm və münasibətimi ona əsasən bildirirəm. Bu prizmadan eyni şəxsin hansısa davranışını tənqid, başqa bir davranışını isə qəbul edə bilərəm. Çünkü məqsədim mütləq kimisə pisləmək ya da tərifləmək deyil. Məqsədim haqqa mümkün qədər bağlı qalmaq, xalqıma, insanlığa mümkün qədər faydalı olmaqdır. Mövqe bildirərkən də, mandat uğurunda mübarizə apararkən də daim dəyərləri maraqlarımdan üstün tutmağa çalışıram. Bilirəm ki, şəxslərə, pula, vəzifəyə, ideologiyaya və s. sitayiş edənlər (müxtəlif növ bütpərəstlər), mütəmadi olaraq özlərinə sitayiş etmək üçün qəhrəman və daş-qalaq etmək üçün hədəf axtaranlar bu davranışımı sevmirlər. Amma inanıram ki, onlar da nə vaxtsa dəyərlərin maraqlardan üstün olduğuna inanacaqlar.
3. Yerlipərəstliyə hər zaman qarşı olmuşam. Amma 2 (66 və 69) seçki dairəsində səs verən Biləsuvarlıların artıq 5-ci dəfədir (bu gedişlə 25 il olacaq) ki, parlamentdə öz övladlarından biriylə təmsil edilmə imkanına malik olmamasını normal hal kimi qəbul etməmişəm, indi də qəbul etmirəm. Mübarizəmin bir hədəfi də Biləsuvarın bu narahatlığını, Biləsuvarlıların səsini Biləsuvardan kənarda eşitdirmək olub. Bu mübarizəm haqq öz yerini tutana qədər davam edəcək.
4. Seçki prosesində ciddi maneələrlə və təzyiqlərlə üzləşdim. O təzyiq və maneələrin az bir hissəsini bilən bəzi dostlarım belə geri çəkilmək mövzusunu müzakirə etdilər (məni istədikləri üçün). Amma biz davam etdik. Məni bu təzyiq və maneələrdən daha çox həm müəyyən vəzifə sahiblərinin, həm də özünü “müxalifətçi” və “demokrat” adlandıran bəzi şəxslərin atmağa çalışdıqları böhtanlar oldu (söhbət dəyər daşıyıcısı olan müxalif partiya üzvlərindən deyil, işi-gücü başqalarına böhtan atmaq olanlardan gedir). Özünü iqtidarçı kimi görən bəzi axmaq yaltaqlar ilə bəzi axmaq “inqilabçılar” təxminən eyni böhtanı atırdılar. Tanıyan hər kəs bilir ki, mən bu son prosesdə dəyərlərimə daim bağlı qaldım. Biləsuvarın səsini çatdırmaq üçün güclü kampaniya apardım. Rayondakı tək seçki qərargahı mənə aid idi. Çox ciddi inzibati maneələrə baxmayaraq izdihamlı görüş keçirdik və s.
Amma seçkidən bir gün öncə axmaq yaltaqlar mənim seçki günü namizədləyimi geri götürəcəyimi, axmaq “inqilabçılar” isə seçkidən sonra səslər sayılarkən mənim öz səslərimi “başçının namizədinə” verəcəyimi deyirmişlər. Hüquqi və mənəvi əsası olmayan bu sözlərə təbii olaraq seçicilər də inanmadı və seçkilərdə öz mövqelərini ortaya qoydu.
5. Eyni zamanda dəyərlərə inanan vəzifə və imkan sahiblərinin fədakarlığına şahid oldum. Müəyyən riskə girmiş olduqları halda mövqelərini sona qədər qorudular. Hər birinə bir daha dərin təşəkkürlərimi bildirirəm. Allah hamısından razı olsun.
6. Seçkinin ertəsi axşam atam rəhmətə getdi. Mən təbii olaraq yas mərasimi ilə və anamın sağlıq durumuyla məşğul olmalı oldum. Mənə sonradan deyildiyinə görə bunu fürsət bilən bəziləri öz pisliklərinə və böhtanlarına davam ediblər. Az sayıda da olsalar, onlara da sözümü demək istəyirəm. Bu prosesdə Biləsuvarlıların haqqı yeyildi, bunu heç vaxt bağışlamayacağam. Mən atamı itirdim, siz isə şərəfinizi. Mən atama bir gün Haqq dünyasında əbədi olaraq qovuşacağam. Amma siz şərəfinizə heç vaxt!
Araz Aslanlı
- Anasayfa
- »
- Azerbaycan
- »
- Araz Aslanlı: Yaranmış xüsusi zərurətə görə bəzi məqamlara aydınlıq gətirmək istəyirəm.
Araz Aslanlı: Yaranmış xüsusi zərurətə görə bəzi məqamlara aydınlıq gətirmək istəyirəm.
398 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.