KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Araz Aslanlı: Türkiyənin mövqeyini necə dəyərləndirəbilərik

Araz Aslanlı: Türkiyənin mövqeyini necə dəyərləndirəbilərik

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
428 0

İsveçin və Finlandiyanın NATO-ya üzv olmaq istəyilə bağlı prosesdə Türkiyənin mövqeyini necə dəyərləndirə bilərik?
Türkiyə öz milli maraqları ilə bağlı haqlı tələblər irəli sürərək mövqe ortaya qoyub. Türkiyənin ərazi bütövlüyünə və suverenliyinə qarşı faəliyyətlərə, terror təşkilatlarına siyasi və s. dəstək verildiyi halda NATO-nun genişləməsini veto edəcəyini bildirib. Daha öncəki təcrübələrdən də haqlı-doğru nümunələr göstərib. İndiki halda isə görünən budur ki, Türkiyənin haqlı tələblərinin qarşılanmasına razılıq verildiyi üçün Türkiyə NATO-nun genişləməsinə qarşı çıxmayacağını elan edib (diqqət: hələ ki, nə İsveç və Finlandiya addımları tam atmayıb, nə də Türkiyə onların üzvlüyünə tam “hə” deməyib. Sadəcə olaraq razılaşıblar).
Həmin vaxt “Türkiyə Putinin sifarişini yerinə yetirir” iddiasını israrla təkrarlayanlar, indi də “Türkiyə Putini satdı” tezisini yazırlar. “Türkiyə Putinin sifarişini yerinə yetirir” iddiası da, “Türkiyə Putini satdı” tezisi də beynəlxalq münasibətlərin mahiyyətini tam anlamamaqdan qaynaqlanır (razıyam ki, bu da digər sahələr kimi xüsusi bilik, təcrübə, təhlil qabiliyyəti tələb edən sahədir və sadə vətəndaşlar beynəlxalq münasibətləri detallı bilmək, dərin təhlillər aparmaq məcburiyyətində deyillər. Sadə şəkildə fikirlərini bildirə bilərlər. Amma ən azı özünə “ekspert” deyənlər bilməlidir.)
Xarici siyasət ilk növbədə milli maraqları qorumaq üçündür. Ətraf mühiti, insanlığı, dəyərləri və s. qorumaq çox vacibdir. Amma mümkün qədər bərabər səviyyədə, qlobal haqsızlığıa yol açmayacaq şəkildə. Başqalarının bunları qorumaq adı altında sizin maraqlarınızı ayaqlar altına almasına, sonra isə özləri istədiyi kimi ərtaf mühiti çirkləndirməsinə, insanları öldürməsinə, dəyərləri məhv etməsinə normal yanaşırsınızsa ya məlumatlılıq dərəcənizdə problem var, ya da başqa bir yerdə.
İstəyən Vaşinqtonun, istəyən Moskvanın ya da başqa paytaxtların pəncərəsindən baxa bilər. Amma Ankaranın pəncərəsindən baxıldığı zaman yanaşma doğru olub.
Sona qədər doğru apara biləcəklərmi, istədikləri nəticələri tam əldə edə biləcəklərmi, bunu zaman göstərəcək. Türkiyənin xarici siyasəti uğurlarla bərabər səhvlərlə də doludur. Amma bu məsələdə Türkiyə haqlıdır və yürütdüyü siyasət hələ ki, doğrudur. Gəlinən nöqtədə də geri addım atan Türkiyə deyil, İsveç və Finlandiyadır.
Proses “mütləq NATO-nun genişləməsi ilə nəticələnəcəkmi” sualının cavabı 100% “bəli” deyil. Bu, daha çox verilən sözlərin tutulmasından asılı olacaq.

Araz Aslanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir