Korona sonrası enflasyon ve işsizlik oranında artış olacak mı?

“Terror hadisəsində Rusiya izi görünür”

MİRZİYOYEV’İN TÜRKİYE ZİYARETİ

GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNİN İLLİK HESABATI TƏQDİM OLUNUB

Araz Aslanlı: İsgəndər-M raketlərinin Ermənistana verilməsi və onlardan istifadə edilməsi

Azerbaycan 17 Nisan 2021
25

Dünən axşam ARB24-də İsgəndər-M raketlərinin Ermənistana verilməsi və onlardan istifadə edilməsiylə bağlı dedim ki,
1. Nə raketlərin Ermənistan ərazisinə daşınması (məhz daşınması; çünki tam açıqlanmır ki, satıblar, hədiyyə ediblər, yoxsa başqa şəkildə veriblər. Raket Ermənistan tərəfindən istifadə edilib, yoxsa raketin əsl sahibləri tərəfindən və s.), nə də raketlərdən istifadə edilməsiylə bağlı məlumatlar yeni deyil. Raketlərin verildiyi də, ondan istifadə edildiyi də elan edildiyindən çox öncə bilinirdi, amma onun forması və çərçivəsi ilə bağlı suallar var idi.
2. Raketlərin haqqında çox danışılan (2015-ci ilin sonlarında imzalanan) 200 milyon dollarlıq müqavilə çərçivəsində verilmədiyi də bilinirdi.
3. 2016-cı ildən etibarən bu barədə məlumatlar bir sıra dövlətlərdə, o cümlədən Azərbaycanda və Rusiyanın əsas rəqiblərində mövcud idi. Yəni, son günlərdə aktual olan Kommersant qəzetinin 2018-ci ildəki xəbərindən öncə də bu barədə məlumatlar bilinirdi, hətta KİV-də də yer almışdı.
4. Rusiyanın müxtəlif, o cümlədən İsgəndər raketlərinin mənzilləri ilə bağlı texniki göstəriciləri gizlətdiyi, raketləri real imkanlarından daha qısa mənzilli göstərdiyi, qeyri-qanuni sınaqlar həyata keçirdiyi və s. məqamlarla bağlı iddialar da uzun müddətdir ki, gündəmdədir. Hətta bu cür iddialar fonunda 2019-cu ildə Rusiya ilə ABŞ arasında restləşmə olmuş, ABŞ onsuz da Rusiyanın əməl etmədiyini iddia edərək 1987-ci ildəki sazişdən çəkildiyini açıqlamışdı.
5. 44 günlük müharibə zamanı raketlərdən istifadə edilməsi məhz istifadə edildiyi zaman müəyyən edilmişdi. Həm də sadəcə Azərbaycan tərəfindən deyil, başqa bəzi dövlətlər tərəfindən də. Sadə məntiqlə də bu raketlərdən istifadəni ən azı düşdüyü ərazidə (həmin ərazilər bizim nəzarətimizdə olduğuna görə) həmin anda müəyyən etməmək mümkün deyil. Bunun üçün görmək və eşitmək hissini itirməmək kifayət edir. Təbii ki, daha uzaq məsafədən texniki imkanlarla da müəyyən etmək mümkündür. Eyni zamanda 44 günlük müharibədən sonra Ermənistanda müxtəlif rəsmilər və keçmiş rəsmilər bu barədə açıqlama veriblər.
6. Raketlərin Ermənistana çatdırılması və bu raketlərdən istifadə barəsində Azərbaycanın və məlumatlı digər dövlətlərin mövqeyi əsasən siyasi maraqlar və hədəflər çərçivəsindədir.
7. Sadəcə İsgəndər raketləri ilə bağlı məsələ deyil, Rusiyadan Ermənistana verilmiş digər raketlərin Ermənistan tərəfindən dinc yaşayış məntəqələrini hədəf alacaq şəkildə istifadə edilməsi məsələsi də Rusiya və beynəlxalq təşkilatlar qarşısında daha ciddi şəkildə qaldırılmalıdır. Beynəlxalq praktikada bu kimi hallarda silahlardan istifadə edən və bu silahları satan dövlətlərə embarqo tətbiq edilməsinə dair təcrübə mövcuddur.
Araz aslanlı

Yorumlar