Yeni ortadoğu yeni dünya düzeni

Yusuf Hasan: NÜFUS SAYIMI YASASI ve YURTDIŞINDA YAŞAYAN VATANDAŞLARLA İLGİLİ KONULAR…

İran Basra körfezinde İranı vurdu

Ձերբակալվել է Գագիկ Ծառուկյանի անվտանգության ծառայության պետ Էդուարդ

Araz Aslanlı: Elan edilən razılaşmanı təkbaşına dəyərləndirmək əskik yanaşma olar

Gündem 10 Kasım 2020
83
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Bu, uzun prosesin bir parçasıdır. Ən az 1991-ci ildən bu yana davam edən prosesin. Bu çərçivədə baxanda 27.09.2020-09.11.2020 arasında Azərbaycan son 30 illik tarixi periodun ən ciddi uğurunu qazanıb. Yetərlidirmi? Mənim üçün xeyir! Amma qərarları qəbul edənlərin bildiklərinin hamısını bilmirəm. İmkanları, çətinlikləri, riskləri tam bilmirəm. İnanıram ki, qərar qəbul edənlər ən çoxunu və mümkün olan hər şeyi əldə etməyə çalışırlar.
Əgər sadəcə elan edilən razılaşmadakı müddəalarla bağlı fikrimi bilmək istəyirsinizsə
1. Ağdam, Kəlbəcər və Laçından Ermənistan ordusunun çıxması (qrafik müəyyən edilib) uğurdur.
2. Rusiya Federasiyasına aid hərbçilərin və zirehli texnikanın Azərbaycan daxilində (Azərbaycan-Ermənistan sərhədində deyil) sülhməramlı kimi yerləşdirilməsi mənfi məqamdır, Azərbaycanın bu günə qədərki xarici siyasət xəttinə, təhlükəsizlik konsepsiyasına ziddir.
3. Prezident İlham Əliyevin sülhməramlılarla bağlı Türkiyənin də xüsusi rola malik olacağını vurğulaması (rəsmi mətndə bunu görməsək də) Rusiya amilini balanslaşdıran bir məqam kimi görünür, amma daha yaxşısı ölkənin daxilində hansısa sülhməramlının olmamasıdır.
4. Laçın koridoru (məncə ölkə daxilində koridor olmamalıdır) simvolik olaraq Naxçıvan ilə Azərbaycanın geri qalan hissəsi arasındakı koridorun qarşılığı olaraq məna ifadə edə bilər.
5. Mətndə Xankəndinin adının “Stepanakert” kimi qeyd olunması yanlışdır.
6. Məcburi köçkünlər və qaçqınların bütün ərazilərə qayıtması Azərbaycan üçün uğurdur.
7. 1991-ci ildən bu günə qədər ilk dəfə “Dağlıq Qarabağ” adlı bir qurum və ona veriləcək hansısa bir status barədə mətndə heç bir ifadənin olmaması ciddi uğurdur.
8. Keçmiş DQVM ətrafındakı bütün rayonların Azərbaycana qayıtması, təmas xəttinin isə indiki cəbhə xətti olaraq qəbul edilməsi (bildiyiniz kimi əsasən Xankəndinin ətrafındakı həlqədən ibarətdir, cənub və şərq tərəfi əsasən azad edilib) qismən uğurdur.
Sənədin qüvvəyə minməmə ya da icra olunmama ehtimalı var. Ermənistan daxilindəki qarışıqlıqlar, proseslərin inkişafının Rusiyanın maraqlarına uyğunluq dərəcəsi, Azərbaycanın öz birliyini qorumaq, gücünü və müttəfiqlərini artırmaq imkanları, Rusiyanın digər istiqamətlərdə yaşayacağı problemlər ya da qazanacağı əlavə güc proseslərin gələcəyinə təsir edən əsas amillər olacaqdır.
Araz Aslanlı

Yorumlar