Azərbaycan Xarici İşlər Nazirliyinin “Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi” iddiasıyla bağlı açıqlaması təəssüf ki, qaneedici deyil.
XİN-in rəsmi saytında bu gün yayınlanan açıqlama (suala cavab) belədir: “… Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır.”
Bu cür açıqlamalar Azərbaycan öz ərazilərini işğaldan azad edənədək mənalı ola bilərdi. Amma
1. Azərbaycan artıq prosesin ilk mərhələsini başa çatdırdığını elan edib. Laçın və Kəlbəcər Ermənistan işğalından azad edilib, Azərbaycanın ərazi bütövlüyü təmin edilib (bütün ərazimiz üzərində suverenliyimiz tam təmin edilməsə də). Bundan sonra Azərbaycan ərazisinə dövlətimizin razılığı olmadan heç kim daxil ola bilməməlidir. Laçın koridoru ilə bağlı detallar (o cümlədən, koridorun Ermənistan-Azərbaycan sərhədindəki keçiş nöqtəsində Azərbaycanın nəzarətinin necə təmin ediləcəyi) yəqin ki, növbəti mərhələdə ortaya çıxacaqdır. Amma bu məqama qədər də, Azərbaycan sərhədlərindən bütün keçişlər sadəcə və mütləq qaydada Azərbaycanın razılığı ilə baş verməlidir. “Gəlsinlər, biz onlara sanksiya tətbiq edək, sonra üzrxahlıq məktubu yazsınlar, bağışlayaq” mərhələsi artıq tarixdə qalmalıdır!
2. Azərbaycanda “Dağlıq Qarabağ” adlı yer yoxdur. Aydındır ki, müəyyən çıxışlarda, müraciətlərdə məsələyə aydınlıq gətirmək üçün bu ifadənin işlədilməsi zərurəti yaranır. Amma rəsmi mətnlərdə mümkün qədər bu ifadənin işlədilməməsinə çalışmaq lazımdır.
Araz Aslanli
- Anasayfa
- »
- Azerbaycan
- »
- Araz Aslanli: Azərbaycanda “Dağlıq Qarabağ” adlı yer yoxdur
Araz Aslanli: Azərbaycanda “Dağlıq Qarabağ” adlı yer yoxdur
554 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.