KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Arastun Orujlu: Zəngəzur Dəhlizi daha çox Rusiyaya lazım

Arastun Orujlu: Zəngəzur Dəhlizi daha çox Rusiyaya lazım

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
106 0

Müntəzəm izləyənlər təsdiq edərlər ki, 2020-ci ilin noyabrından bugünədək davamlı olaraq “Zəngəzur Dəhlizinin” Azərbaycanla Türkiyədən daha çox Rusiyaya lazım olduğunu deyirəm. Son günlərədək də bir çox mətbəx “ekspertləri” bunun tam əksini iddia edirdilər.

Amma son günlər nədənsə koordinatlar dəyişib və öz aləmində dünənədək opponentlik edənlər “dəhlizin” daha çox Rusiyaya lazım olduğunu deyir və bunu “əsaslandlrmağa” çalışırlar. Məqsədim kiməsə irad bildirmək deyil, buna ehtiyac da yoxdur. İnternetin sayəsində kimin nə zaman nə dediyi yaddaşa həkk olunub.

Amma insanlarda davamlı olaraq çaşqınlıq yaratamağa da ehtiyac yoxdur. Yəni, iddia etmək lazım deyil ki, Rusiya Azərbaycandan, Zəngəzurdan, Naxçıvandan keçərək Türkiyə vasitəsilə Aralıq dənizi hövzəsinə və Avropaya çıxış əldə etmək istəyir. Özü də sanksiyalar səbəbindən.

Sual 1: Söhbət sanksiyalardan gedirsə Rusiyanın Avropaya hansı yolla çıxmasının nə fərqi və nə əhəmiyyəti var?
Sual 2: Rusiya hətta Avropaya çıxacaqsa belə, oraya nə ixrac edəcək?

Sual 3: Əgər “Zəngəzur Dəhlizi” daha çox Rusiyaya lazımdırsa, onu suveren ölkənin ərazisindən niyə Azərbaycan açmalıdır?
Sual 4: Rusiya Türkiyə vasitəsilə Avropaya çıxmaq istəyirsə, bunu nədən rahat şəkildə və daha qısa yolla Gürcüstan üzərindən etmir?

Sual 5: Avropaya çıxmaq istəyən Rusiya həmin ekspertlərin iddia etdikləri kimi, paralel olaraq həm də Yaxın Şərqə və özəlliklə də Suriyaya niyə istiqamət almalıdır?

Sual 6: İddia ilə razılaşsaq belə, o zaman həm də Yaxın Şərqə (Suriyaya) quru yolu əldə etməyə çalışan Rusiya Əsəd rejimi və özünün hərbi bazası üçün silah-sursatı da NATO üzvü olan Türkiyə üzərindən daşıyacaq?

Sual 7: Dəhliz məsələsini belə şəkildə təqdim etməklə Azərbaycanı Rusiyanın tərəfdaşı kimi göstərməkdə məqsəd nədir?

Sualları davam etdirmək olar, amma elə bunlar kifayət edir məncə. Çünki yanaşmada nə dəqiqlik, nə də obyektivlik yoxdur, iddiaların Türkiyə və Avropa ilə bağlı hissələri isə ümumiyyətlə sağlam təxəyyülün məhsulu deyil.

“Zəngəzur dəhlizi” “Şimal-Cənub dəhlizinin” bir hissəsi kimi daha çox Rusiyaya lazımdır, onun davamı da Naxçıvan, İran, Şimali İraq üzərindən keçərək Şimali Suriyaya qədər uzanmalıdır. Dəhlizin Azərbaycan tərəfindən hərbi güc yolu ilə açılması isə Rusiyanın bölgəyə hərbi qüvvə yeritməsinə rəvac verə biləcək şərtdir.

“Zəngəzur Dəhlizi” haqda İstər Molla Nəsrəddin lətifələri, istərsə də 1001 gecə nağılları uydura bilərlər, amma həqiqət budur!

Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir