KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Arastun Orujlu: Vaqner “qiyamı” nələri üzə çıxardı

Arastun Orujlu: Vaqner “qiyamı” nələri üzə çıxardı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
28 0

Bir il əvvəl baş vermiş hadisəni “ağır texnikadan istifadə ilə aparılan kriminal razborka” adlandırmaq daha dəqiq olardı. Həm də ona görə ki, olayda iştirak edənlərin istisnasız olaraq hamısı kriminal elementlər idi.

Bütün avtoritar rejimlər kriminaldır və onların istər xaricdə, istərsə də daxildə münasibətləri aydınlaşdırmaq qaydaları kriminal xarakterlidir. O cümlədən də rejimlərin öz daxilində.

Rusiyada baş verən də bu idi. Bunu indi Rusiya dövlətinin verdiyi qərarlardan da görmək olar: razborka tərəflərindən olan kriminal Yevgeniy Priqojin kriminal qaydada qətlə yetirilib, digər kriminal Sergey Şoyqu isə kənarlaşdırılıb.

Birinci cinayətkarın dəstəsi əhəmiyyətli dərəcədə tərksilah olunub, ikincinin dəstəsinin əsas fiqurları korrupsiya ittihamı ilə həbsə atılıb. Şoyqu özü isə general statusundan “toy generalı” postuna keçirilib.

Amma razborka bütövlükdə Rusiyanın kriminal yerarxiyasına təsirsiz ötüşməyib. “Qiyam” ilk növbədə dünyaya meydan oxuyan dövlətin daxili zəifliklərini və boşluqlarını bütün çılpaqlığı ilə üzə çıxardı.

– Məlum oldu ki, ölkənin idarəçilik sistemində ikitirəlik mövcuddur. Bu, bir tərəfdən Kremlə sahib çıxmış KGB-FSB oliqarxiyası, digər tərəfdən isə imperiya dövlətin vuran əli olan silahlı qüvvələrdir. İkincilər nizami orduya malikdirsə,

birincilərin də əlində onlara qarşı “Vaqner”, “Axmat”, “Rossqvardiya” kimi “arqumentləri” var. Onlardan biri artıq yoxdur, ikincisi Ukrayna cəbhəsinə atılıb, üçüncüsü isə ən yaxşı halda daxili repressiya imkanlarına malikdir;

– Priqojin dəstəsinin rahat şəkildə Moskvaya yaxınlaşması sistemin hətta kiçik kobud güc qarşısında özünümüdafiəsinin zəif olduğunu üzə çıxardı;

– Putinin müraciətinədək region rəhbərlərinin hakimiyyəti qorumaq üçün heç bir addım atmadan razborkanın nəticələrini gözləməsi mərkəzləşdirilmiş hakimiyyətin yerli icra orqanlarının etibarsız olduğunu ortaya qoydu;

– Olay avtoritar-kriminal sistemin kövrək olduğunu göstərdi və bunu da hamı gördü.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir