KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Arastun Orujlu: Rusiyada Kreml – Baş Qərargah münasibətləri: qarşılıqlı kompromis yoxsa artıq başlanmış hərbi çevriliş?

Arastun Orujlu: Rusiyada Kreml – Baş Qərargah münasibətləri: qarşılıqlı kompromis yoxsa artıq başlanmış hərbi çevriliş?

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
28 0

Rusiya – Ukrayna müharibəsi kontekstində son vaxtlar gündəmi zəbt etmiş əsas mövzu Putinlə hərbçilər, daha doğrusu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı arasında olan münasibətlərin movcud durumudur.

Belə ki, Ukraynaya qarşı hərbi təcavüzün həyata keçirilməsinə rəhbərlik edən və Putinə yaxın sayılan general Sergey Surovikinin hərbi əməliyyatların idarə edilməsindən kənarlaşdırılması ən müxtəlif mülahizələr və ehtimallar doğurmaqdadır.

Nəzəri baxımdan belə bir addım nə yeni deyil, nə də qeyri-adi, çünki Surovikindən əvvəl də iki general eyni aqibəti yaşamışdır. Ətrafında baş verən digər hadisələr olmasaydı indiki yerdəyişməni də hərbi uğursuzluğun növbəti əlaməti kimi qəbul etmək olardı.

Amma son hadisələrin Putinin şəxsi ordusu kimi fəaliyyət göstərən “Vaqner” özəl hərbi şirkəti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı arasındakı münaqişə ilə müşayiət olunması diqqət çəkməyə bilməzdi.

İkinci səbəb isə əməliyyatlara rəhbərliyin Baş Qərargah rəisi general Valeriy Gerasimova tapşırılması idi. Əsas mülahizə və mübahisələr də həmin təyinatın ətrafında gedir. Bu da təsadüfi deyil.

Çünki həmin dəyişikliklər ərəfəsində də “Vaqner” özəl hərbi şirkəti ilə Rusiya ordusu arasında mövcud olan ziddiyyətlər internet məkanında geniş yayılmışdı. Yayılan videolarda vaqnerçilər Baş Qərargah rəisini hədəfə alaraq onu küçə söyüşlərilə təhqir edirdilər.

Diqqətçəkən məqamlardan biri də bu idi ki, Rusiya mediasının həmin videomüraciətlərin Ukrayna kəşfiyyatının təxribatı olduğunu iddiasını “Vaqnerin” sahibi Yevgeni Priqojin özü təkzib edərək təhqir yayanların məhz vaqnerçilər olduğunu bildirmişdi.

Heç kəsdən sirr deyil ki, Rusiyada belə bir addımı yalnız prezident Putinin tapşırığı və ya ən azı susqun razılığı ilə atmaq olardı. “Putinin aşpazı” kimi tanınan Priqojinin prezidentin yaxın çevrəsinə daxil olan şəxlərdən olması isə bütün şübhələri aradan qaldırır.

Burdan da görünən odur ki, uzun müddətdir Kremllə Baş Qərargah arasında gedən mübarizə artıq açıq müstəviyə keçməyə başlayır. Görünür, bu səbəbdən də bir çox ekspertlər münaqişənin yeni fazaya keçməsini bildirirlər.

İddialara görə müdafiə naziri ilə Baş Qərargah rəisi Putinə təzyiq edərək onun adamı olan Sergey Surovikini kənarlaşdırmağa və əməliyyata rəhbərliyi öz əllərinə götürməyə nail olublar. Amma belə iddialar da baş verənlərin ümumi mənzərəsini tam əks etdirmir.

Rusiya ordusunun Ukraynadakı ardıcıl məğlubiyyətləri fonunda belə bir ssenari ilk növbədə elə Putinin özü üçün əlverişli ola bilər. Çünki bundan sonra baş verə biləcək məğlubiyyətlərə görə məsuliyyət onun hərbçi opponentlərinin üzərinə düşəcək.

Bu isə Putinə daxili mübarizədə yeni kart-blanş vermiş olacaq. O, hakimiyyətə iddialı hərbi qanadı məğlubiyyətlərin səbəbkarı kimi ictimai rəydə nüfuzdan salaraq sonrakı mərhələdə isə onlarla bağlı məsələni birdəfəlik həll etməyə imkan verərdi.

Ukrayna cəbhəsində növbəti uğursuzluqlar isə tamamilə real və gözləniləndir. Odur ki, Rusiyada hərbi çevrilişin artıq başladığı iddiası hadisələrin sonrakı inkişafına dair versiyalardan yalnız biri ola bilər.

Digər versiyanı isə şərti olaraq “qarşılıqlı kompromis” hesab etmək olar. Bu, anlaşmanın kimin xeyrinə və kimin ziyanına olacağını isə söyləmək hələ tezdir. İndi Rusiyada hakimiyyətin taleyi daha çox Ukrayna rəhbərliyindən və ordusundan asılı olacaq.

Arastun OrujluKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir