KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Arastun Orujlu: Rusiya ikinci cəbhəni Avropanın ortasında – Serbiyada açmaq istəyir

Arastun Orujlu: Rusiya ikinci cəbhəni Avropanın ortasında – Serbiyada açmaq istəyir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
15 0

Belə görünür ki, Rusiya ikinci cəbhəni Avropanın ortasında – Serbiyada açmaq istəyir. Amma bu, nə dərəcədə mümkündür və nə qədər realdır? Əvvəla, Serbiyanın Avropada gərginlik yaratmaq nə özünün marağında deyil, nə də bunun üçün yetərincə hərbi gücü yoxdur.

Ona görə ki, Avropada sülhə təhdid Avroatlantik təhlükəsizlik sistemini təhdid altına atmaqdır ki, bunun da bədəli Belqrad üçün çox ağır ola bilər. Özü də sırf hərbi-siyasi kontekstdə. Avropa Birliyinin bu gün Rusiya ilə qarşı-qarşıya durmasının təşəbbüskarı olan ABŞ və NATO üçün bu bölgədə sabitliyin pozulması “qırmızı xəttdir”.

Buna görə də ABŞ istənilən hərbi aktivliyə ani reaksiya verəcək və serb ordusu darmadağın ediləcək, çünki əks halda Vaşinqton avropalı tərəfdaşları qarşısında etimadını itirə bilər. Bu isə NATO-nun sınaqdan uğursuz çıxması demək olardı. Bu da elə Moskvanın əsas istəyidir.

Putin bütün yollarla kollektiv Qərbin onsuz da kövrək olan birliyini pozmağa çalışır və Serbiyanı Kosovoda hərbi avantüraya çəkməyin arxasında da bu niyyətin durması istisna deyil. Vaşinqtonda da bunu çox yaxşı anlayırlar və elə buna görə də Belqradın istənilən addımı adekvat reaksiya doğuracaq.

Serbiya üçün bu, təkcə onun Avropa Birliyinə üzv olmaq arzusunun deyil, həm də normal dövlət kimi mövcudluğunun sonu olacaq. Kosovoya hərhansı hərbi müdaxilənin qarşısını hərbi yolla almaq üçün NATO-nun hüquqi əsası da var: bu, həmin ölkədə sülhməramlı qüvvələrin olmasıdır.

Beləliklə, Serbiyanın savaşa başlaya biləcəyi yalnız iki halda mümkün ola bilər: Belqraddakı siyasətçilərin ağlını tam itirdiyi halda və savaşı Kosova başlayacağı təqdirdə. İkinci istisna olunur, çünki Kosovo üçün də bunun nəticəsi ağır olardı. Səbəbi də məlumdur: Avropada təhlükəsizlik bu gün Qərb siyasəti üçün prioritet vəzifələrindən biri və birincisidir. Ona təhdid yaradan istənilən tərəf də bununla öz məhvinə imza atmış olacaq.

Arastun Orujlu Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.