KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Arastun Orujlu: Rusiya Ermənistandan qoşunlarını çıxarır

Arastun Orujlu: Rusiya Ermənistandan qoşunlarını çıxarır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
23 0

Hələlik İrəvan hava limanındakı sərhədçiləri, yəqin ki, davamı da olacaq. Paşınyanı devirə bilməsə. Amma bu da istisna deyil ki, elə qoşunları çıxarıb ardınca Ermənistan ordusunun əlilə buna cəhd edə bilər.

Alınıb-alınmaması başqa sualdır, amma bir şey aydın görünür ki, yeni cəbhə xətti Cənubi Qafqaza keçir. Gürcüstanda baş verənlər də bunun əlamətidir. Bir çoxları iddia edir ki, bütün bunların bizə təsiri olmayacaq. Təki elə olsun…

Amma nəzərə alsaq ki, Ermənistanda Moskvanın əsas dayaqları yenə də Qarabağ klanı və erməni kilsəsidir, belə iddialar inandırıcı görünmür. Bura sülh müqaviləsinin imzalanmamasını da əlavə edəndə vəziyyət daha mürəkkəb görünür.

Hərçənd belə bir ssenari də mümkündür: elə bütün proseslərə Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması ilə start verilə bilər. Təəssüf ki, belə ehtimal üçün də kifayət qədər əsaslar var.

Çünki həm Azərbaycanda, həm də Ermənistanda Rusiya maraqlarına xidmət edən nəhəng şəbəkələr mövcuddur. Xüsusilə də dövlətin informasiya siyasətinə ciddi təsiri olanlar. Bu da hazırlıq mərhələsində ən zəruri silahdır.

Rusiyanın informasiya məkanında imkanları isə yetərincə genişdir və bu, təkcə Cənubi Qafqaz ölkələrində deyil, Moldovada və hətta onunla ölüm-dirim savaşı aparan Ukraynada da belədir. Qalır sadəcə onların fəaliyyətini diqqətlə izləmək.

İddialar da var ki, Rusiyanın yeni cəbhə açmaq üçün gücü yetərli deyil, amma mən belə düşünmürəm. Əvvəla, ona görə ki, nəyi də olmasa müharibə üçün Rusiyanın gücü hər zaman mövcud olub, ikincisi, indi düşünmək yox, hərəkət etmək vaxtıdır.

Böyük maraqlar uğrunda mübarizə getdiyi dönəmdə savaşa qatılmaq hələ şansdır, qatılmamaq isə birmənalı olaraq məğlubiyyət deməkdir. Odur ki, indi dünya bəlkə də ən təhlükəli mərhələyə daxil olur.
Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir