KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Arastun Orujlu: Rusiya artıq nüvə təhdidindən geri çəkilir.

Arastun Orujlu: Rusiya artıq nüvə təhdidindən geri çəkilir.

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
328 0

Dünən bu haqda ölkənin iki yüksək diplomatı bildirib. Belə qənaətə gəlməyə eyni gündə iki RF XİN rəsmisinin həmin ciddi açıqlaması əsas verir: nazirliyin ictimai əlaqələr departamentinin əməkdaşı, Zaxarovaının müavini Aleksey Zaytsevin və Vaşinqtondakı RF səfiri Anatoliy Antonovun.

Xatırladım ki, əvvəl səfir Antonovun bu mövzuda ritorikası tamamilə fərqli idi. O, eynilə Putinin “bizim xüsusi hərbi əməliyyata müdaxilə etmək istəyənlər tarixdə yaşamadıqlarını görəcəklər” tezisini təkrarlamışdı. Amma göründü ki, həmin “əməliyyata” nəinki müdaxilə olunur, hətta bu, gizlədilmir və onun nəticəsində Rusiya ordusuna ağır zərbələr də endirilir.

NATO üzvü olan ölkələr bir yana, hətta alyansa üzv olmayanlar da Ukraynaya açıq siyasi, iqtisadi və hərbi dəstək verirlər, bunu da açıq şəkildə bəyan edirlər. O zaman sual olunur ki, Rusiyanın qəflətən belə geri çəkilməsinin arxasında nə(lər) dayanır? Təbii ki, ilk növbədə Ukrayna ordusunun, hakimiyyətinin və xalqının barışmaz mövqeyi.

Amma görünən həm də Ukraynaya göstərilən dəstəyin sistemli və miqyaslı olması ilə yanaşı həm də anti-Rusiya düşərgəsindəki tərəddüdlərin, mübahisələrin aradan qaldırılmasıdır. Buna da işarə edən Vaşinqtondan, Brüsseldən, Londondan və Berlindən gələn açıqlama və bəyanatlarla unison səslənməsidir.

Belə şəraitdə Moskvadan verilən istənilən sərt bəyanat yalnız Rusiyanın özünə qarşı işləyir. Eynilə xarici işlər naziri Sergey Lavrovun Hitlerın “soy-kökü” və “antisemit yəhudilər” barədə səsləndirdiyi absurd fikirlər kimi. Amma Moskvadan atılan addımlar təkcə “quru” absurd bəyanatlardan ibarət deyildi.

Məsələn, elə Lavrovun yuxarıda xatırlanan bəyanatı ilə yanaşı Rusiya rəsmilərinin Moskvaya səfər edən Həmas liderləri ilə danışıqları da vardı. Amma bütün bunlar yalnız Moskvaya qarşı olan beynəlxalq düşərgənin daha da genişlənməsi ilə nəticələndi. Görünür, nəhayət Kremldə bunu anlayaraq taktikanı dəyişməyə qərar veriblər.

Çünki Ukraynaya qarşı başladılan qanlı təcavüzün Rusiya ərazisində davam etməsinin qaçılmaz olacağı nəinki gözləniləndir, hətta onun ilkin işartıları da artıq görünməkdədir. Özü də Kremldəki yüksək kabietlərdə. Dünya mediasında Putinin Ukrayna cinayətinin onun sonunu yaxınlaşdıracağı haqda ehtimal və təhlillər də artmaqdadır.

Belə sonluq isə nəinki təsadüfi deyil, ola bilsin, hətta əvvəlcədən planlaşdırılmışdı da. ABŞ başda olmaqla kollektiv Qərbin sanksiyalarının ucdantutma bütün Rusiya oliqarxlarına şamil edilməsinin nəticəsinin nə olacağı heç kəsdən sirr deyildi. Xüsusilə də həmin oliqarxlar arasında yüksək dövlət rəsmilərinin olduğunu nəzərə aldıqda.

Amma sanksiyalar təkcə Rusiya ilə məhdudlaşmayacaq və görünən həm də odur ki, onlar qısa müddətə nəzərdə tutulmayıb. Rusiyaya sanksiyalardan yayınmağa kömək edən dövlət və şirkətlərə, həmçinin banklara, digər kommersiya qurumlarına da güzəşt olunmayacaq. Artıq belə nümunələr görünməkdədir.

Moskvada hakimiyyətdaxili gərginliyin artması, tətbiq olunan sanksiyaların ilkin təsirlərinin artıq görünməsi, döyüş meydanındakı uğursuzluqlar və nəhayət, Putinin hətta Lukaşenko kimi “etibarlı müttəfiqlərinin” də son günlər ziddiyyətli açıqlamalar verməsi vəziyyətin reallıqda necə olduğunu göstərir.

Bunun da son və ən dəqiq göstəricisi isə şübhəsiz ki, iki Rusiya diplomatının səsləndirdiyi yuxarıda göstərilən bəyanatlardır. Odur ki, indi Putinin Ukrayna torpağnıda başlatdığı “denasifikasiyaya dair xüsusi hərbi əməliyyatın” episentrinin yaxın zamanda Moskvadakı yüksək dövlət kabinetlərinə keçəyini deməyə ciddi əsaslar var.

Bəlkə elə həm də Rusiyanın böyük şəhərlərinin küçələrinə. Hadisələrin belə istiqamətdə cərəyan edəcəyi halda Moskva istəsə də, istəməsə də göz yaşlarına inanmalı olacaq. Çünki bu, onun özünün göz yaşları olacaq.

Arastun Orujlu Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir