KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: rusdilli azərbaycanlılar

Arastun Orujlu: rusdilli azərbaycanlılar

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
318 0

Bir dəfə gördüm ki alman həmsöhbətim rusdilli azərbaycanlılar ifadəsini təəccüblə qarşıladı. Bunun nə demək olduğunu izah edəndə isə cavab verdi ki, insan rus dilində danışırsa deməli o rusdur. Məsələn, bizdə Almaniyada rus dilində danışan repatriantlara alman yox, rus deyirlər.

Bizdə isə, xüsusilə də 44 günlük müharibə nəticəsində Rusiya təsirinin artması, bir çox hallarda anlayışlar ətrafında spekulyasiyalar üçün şərait yaradıb. Bunun çox müxtəlif səbəbləri var.

Dünənki video çıxışımda dediyim kimi mövzu ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Bu başdan deyim ki, özüm orta məktəbi ana dilimdə bitirsəm də, ali təhsilimi Rusiyada almışam və rus dilində danışa bilməyimi müsbət hal hesab edirəm.

Ailəmizdə 4 nəfərin hamısı ingilis, 3 nəfər rus, 2 nəfər alman dilində danışa bilsə də istənilən halda ünsiyyət dili ana dilimizdir.
Ana dili kimi mühüm bir məsələni bayağı məişət səviyyəsində müzakirələrə də çəkmək lazım deyil.

Dil mövzusunu etnik millətçilik kimi təqdim etmək isə konkret olaraq ekstremizmin təzahürüdür. Ona görə də dil mövzusunu alət kimi, opponentini susdurmaq məqsədilə təzyiq vasitəsi kimi istifadə etmək səmərəsiz və pozucu davranışdır.

Bu barədə ətraflı danışacağam və istənilən müzakirələrə də hazıram. Təbii ki, yuxarıda qeyd etdiyim kimi, arxasında başqa niyyətlər dayanan müzakirələri çıxmaq şərtilə. Dövlət dilində və ana dilində təhsil müzakirə predmeti deyil və ola da bilməz.

Bununla yanaşı istənilən xarici dildə təhsil almaq haqqının məhdudlaşdırılması yolverilməzdir, amma belə təhsil heç bir halda dövlət tərəfindən maliyyələşdirilə bilməz.

Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir