KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Arastun Orujlu: Qazaxstanda hərbi hissələr niyə “partlayır”?

Arastun Orujlu: Qazaxstanda hərbi hissələr niyə “partlayır”?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
458 0

Avqustun 26-da saat 21.00 radələrində Qazaxıstanın cənubunda (Jambıl vilayəti) Bayzak rayonu ərazisində yerləşən silah-sursat anbarında böyük partlayış baş verdi. Yaxın ərazilərdə yaşayan 1.200 sakinin təxliyyəsi və 13 nəfərin ölümü də daxil 90 nəfərin zərər çəkməsilə nəticələnən partlayışa görə bu gün ölkədə matəm elan olunub.
Hadisə yerinə gələn ölkənin müdafiə naziri Nutlan Yermekbayev bildirib ki, son dövrlər hərbi anbarlarda baş verən partlayışlar səhlənkarlıq, yanğın törədilməsi və diversiyalar səbəbindən baş verə bilər, bu səbəbdən də o, öz postundan getmək üçün prezidentə istefa ərizəsini təqdim edəcək.
Qazaxıstan mənbələrinin təhlili göstərir ki, son iyirmi ildə ölkədə azı 10 belə hadisə olub ki, onların da tən yarısı son 5 il ərzində baş verib. Bu arada, Azərbaycanda baş vermiş analoji hadisələrlə bağlı bir müddət əvvəl Kremlə yaxın oliqarxın maliyyələşdirdiyi saytda deyilirdi ki, onların mütləq əksəriyyəti məhz diversiya olub.
Qazaxıstanın kim tərəfindən və hansı səbəbdən belə diversiyalara məruz qalmasının səbəblərini anlamaq üçün onun xarici ticarət dövriyyəsinin dinamikasını və o cümlədən də hərbi əməkdaşlıq vektorunun hansı istiqamətə dəyişməsini nəzərdən keçirmək kifayət edir.
Rəqəmlərlə çox yükləmədən qısaca onu bildirim ki, pandemiya önü dövrdə (2019) bu dinamika belə olub: Qazaxstanın əsas xarici ticarət partnyoru Rusiya olsa da, ticari dövriyyədəki artım dinamikası başqa tendensiyanı göstərir:
Rusiya +0,8%
Çin + 26,2%
Cənubi Koreya +88,0%
Türkiyə +63,6%
Fransa +7,9% və s.
Qazaxıstan daha çox Asiya və Avropa ilə dövriyyəni artırır. Hərbi sahədə əməkdaşlıqla bağlı açıq mənbələrdə məlumatlar yetərincə olmasa da, amma beynəlxalq hərbi ekspertlərin fikrincə təxminən eyni mənzərə də bu sahədə müşahidə olunur. Qazaxıstan hərbi əməkdaşlıq vektorunu da diversifikasiya edərək, daha çox Qərbə, Çinə və Türkiyəyə meyllənir.
O zaman diversiyaların baş verməsində də qeydi-adi bir şey görünməməlidir. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan artıq bundan keçib. Xatırladım ki, Hərbi Hava Qüvvələrinin komandanı general Rail Rzayevin qətli Azərbaycanın əsas silah partnyorunun İsrail olduğu dövrə təsadüf edirdisə, qətldən sonra həmin vektor sürətlə Şimala doğru dəyişmişdi.
Amma Qazaxıstanın problemi bununla da bitmir (elə Azərbaycanın da). Məsələ burasındadır ki, yenidən qaynayan əfqan bataqlığının ən çox narahat etdiyi ölkələrdən biri Rusiyadır. Amma onun Əfqanistanla sərhədə qoşun yığması üçün ən azı Tacikistan, Türkmənistan və ya Özbəkistanla bu barədə anlaşma əldə olunmalıdır.
Belə anlaşmanın əldə olunmasının çətinlikləri bir yana (Türkmənistan və Özbəkistan buna meylli görünmürlər), bu ölkələrə hərbi yüklərin daşınması üçün, – burda da söhbət daha çox ağır texnikadan gedir -, Qazaxıstan ərazisindən mütləq keçid əldə olunmalıdır (xəritəyə diqqət). Astana isə bunu etməyə meylli görünmür.
Qeyd etdiyim kimi, bu mənada da Qazaxıstanla problemimiz eynidir: Əfqanistana quru yolu Qazaxıstan, Yaxın Şərqə isə Azərbaycan üzərindən keçir. Bizim situasiya haqda bu günlərdə YouTube kanalımda danışmışdım. Baxmaq istəyənlər üçün onu şərh bölümündə paylaşıram.
Ümumilikdə geosiyasi məsələlərə dair növbəti video çıxışımı isə yaxın günlərdə təqdim edəcəyəm.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir