KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkün mü

Arastun Orujlu: növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkün mü

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
27 0

“Təəssüf ki, növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkündür. Və mən düşünürəm ki, bu gün Azərbaycanda Rusiya “5-ci kalon”u əlindən gələni edir ki, Türkiyə Azərbaycandan uzaqlaşdırılsın və uzaqlaşsın. Bunun üçün müvafiq təbliğat bazası da işləyir.”

Bu cümlə media portallardan birinə verdiyim müsahibədəndir. Jurnalist dostumuz ilk cümləni – “Təəssüf ki, növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkündür” başlığa çıxarıb və digər bir sayt da oradan “Təəssüf ki” hissəni də çıxararaq “Növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkündür” kəlməsini başlığa çıxarıb.

Ardınca bunu saytın Facebook profilində paylaşıblar və… ölkədə nə qədər çoxhüceyrəli məxluq varsa hamısı özünə əl qatıb ünvanıma atasının, anasının, nəslinin, kökünün adını yazır. Bu başdan ünvanıma yazılan bütün ibarələri onların müəlliflərinin ölüsü-dirisi daxil bütün nəslinə halal edirəm, amma məsələ bunda deyil.

Hər şeydən əvvəl leksikonum üçün xarakterik olmayan ifadələrə görə hər birinizdən üzr istəyirəm, amma hər kəsi, hər şeyi öz adı ilə çağırmayanda ədalət prinsipi pozulur. Bunu da anlayıram ki, nəinki mövcud olduğu cəmiyyətdə, çalışdığı kollektivdə, yaşadığını güman etdiyi məhəllədə, hətta ailəsində belə məlum canlı yerinə sayılmayanlar üçün sosial media özünütəsdiq üçün nəfəslikdir.

Necə ki, belələri də üslübları ilə özlərini təqdim və təsdiq edirlər. Yeri gəlmişkən, sosial medianın müntəzəm izlədiyim ABŞ, Azərbaycan, Rusiya və Türkiyə seqmentləri istifadəçiləri arasında ən çox söyüş və təhqir yazan azərbaycanlılardır. Çox deyil, dəfələrlə çoxdur. Səbəbini bilmirəm, amma əzilmiş və tapdanmışların özünü təqdim və özünü ifadə etməsi kimi anlayıram bunu.

Amma burda anlaşılmayan saytın öz profilindən həmin ibarələri silməməsi və ya heç olmazsa onları yazanlara irad bildirməməsidir. Bu da azmış kimi, zəngimə cavab verən redaktorun “bəy, istəyirsinizsə silim o postu” deyərək məni sanki borclu çıxarmasıdır. Sanki mənim profilimdə onun ünvanına yazılıbmış həmin sözlər.

Anlayıram, üzr istəmək və ümumiyyətlə belə hallara yol verməmək xeyli şəxsi keyfiyyətlər tələb edir ki, onları da hər kəsdən ummaq iddiasında deyiləm. Bir şeyi deməyi isə özümə borc bilirəm: səhvli-düzlü öz açıqlama, müsahibə, təhlil və şərhlərimlə istisnasız olaraq bütün media üçün daim açıq olan şəxslərdən biriyəm.

Bunu etməyi özümə borc bilirəm və media ilə intensiv kontaktda çalışdığım 30 ilə yaxın müddətdə bircə dəfə də konfliktə getməmişəm, hətta barəmdə böhtan, şər yazanlar da olanda reaksiya verməmək bir yana, sonradan müraciətlərini də cavabsız buraxmamışam. Bu mövqedə də qalmaqda israrlıyam.

Amma həyatda hər şey qarşılıqlı olanda gözəl alınır. Heç olmazsa bir azca qarşılıqlı. Ümid edirəm, belə bir paylaşıma bir daha ehtiyac olmayacaq. Hər halda mən dəqiq istəmirəm bunu, çünki onu yazmağın özü belə adamı gözdən salır. İlk növbədə də özünün gözündən salır.

Arastun Orujlu Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.