KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: “çörək olacaq?”

Arastun Orujlu: “çörək olacaq?”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
268 0

Keçən əsrin 90-cı illərində postsovet ölkələrdə siyasi dəyişikliklər ərazi-etnik münaqişələr və onların idarə olunması vasitəsilə reallaşdırılırdı. Məsələn, Azərbaycanda, Gürcüstanda və Ermənistanda bütün hakimiyyət dəyişiklikləri məhz konfliktlər üzərində qurulan texnologiyalar əsasında həyata keçirilirdi.

Bu gün trend fərqlidir: siyasi dəyişikliklər önə çıxan sosial problemlərin yaratdığı narazılıqlar və onların idarə olunması vasitəsilə təşkil olunur. Beləliklə, şərti olaraq “çörək olacaq?” adlandıra biləcəyimiz sualın cavabı siyasi proseslərə start verir.

90-larla oxşarlıq isə hər iki halda yaxınlaşmaqda olan “qasırğanın” əlamətlərinin öncədən görünməsidir.
Amma maraqlı budur ki, adətən özünə qarşı təhlükələrə çox həssas reaksiya verən avtoritar rejimər sanki həmin əlamətləri görə bilmirlər.

Bu da sual doğurur ki, doğrudanmı görə bilmirlər, onları idarə edə (aradan qaldıra) bilmirlər yoxsa bu, öncədən razılaşdırılmış ssenarinin tərkib hissəsidir? Düzgün cavabı tapmaq çətindir, çünki sağlam məntiqlə:

1. Əhalisi yoxsul olan və əsas qida məhsulu çörək olan ölkədə onun bahalaşmasının qarşısını almaq elə də çətin deyil. Bunun üçün ilkin mərhələdə kiçik dotasiyaların ayrılması kifayət edər.

2. Əksər əhali təbəsi üçün az əlçatan məhsullar olan ətin və yağın bahalaşması azsaylı loyal orta təbəqənin də maraqlarına toxunur. Onların bahalaşmasının qismən də olsa qarşısını almaq üçün gömrük rüsumlarının müvəqqəti qaldırılması vəziyyəti sabitləşdirə bilər.

3. İstehlak bazarının qismən də olsa demonopolizasiyası iqtisadiyyatın canlanmasına və rəqabət mühitinin yaranmasına gətirib çıxara bilər. Bu isə qiymətlərin az da olsa ucuzlaşması deməkdir.

4. İndiki şəraitdə dövlətin nəzarətində olan dəmir yolunda daşımaların qiymətlərinin dəfələrlə qaldırılmasına yol verməmək.

Əminəm ki, iqtisadçılarımız daha çox effektiv addımlar təklif edə bilərlər, amma hələlik görünən bunların tam əksidir ki, nəticədə də sosial gərginliyin artması qaçılmaz olacaq.
Ona görə də yuxarıdakı sual açıq qalır: doğrudanmı…?

Arastun Orujlu Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir