KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Arastun Orujlu: Buçada qətliamı kim törətdi

Arastun Orujlu: Buçada qətliamı kim törətdi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
340 0

The New York Times peyk vasitəsilə çəkilmiş çoxsaylı fotoları təhlil edərək faktlarla sübut edir ki, Buça şəhərində qətlə yetirilmiş insanların cəsədləri həftələrlə küçələrdə qalıb. Odur ki, Buçada qətliamı kimin törətdiyi artıq müzakirə predmeti deyil.

Lavrovun və onun diplomatlarının qətlləri ukraynalıların törətdiyi barədə sərsəm və həyasız iddiaları isə yalnız rus-sovet diplomatiyasının dəyişməz qaldığını göstərir.

1960-cı illərin əvvəllərində dünyanı nüvə müharibəsi astanasına gətirib çıxaran Karib böhranı zamanı da belə olmuşdu. Xatırladım ki, o zaman qarşıdurmanın səbəbi SSRİ-nin Kubaya nüvə başlığı daşıyan raketləri gizlin yerləşdirməsi olmuşdu.

ABŞ diplomatları kəşfiyyat təyyarələrinin çəkdiyi fotolarda Kubada sovet raketlərinin olmasının çoxsaylı sübutlarını ortaya qoysalar da sovet diplomatiyası israrla bunun yalan olduğunu iddia edirdi. Nəticə az qala nüvə savaşı olacaqdı.

Bu gün Rusiya diplomatiyası eyni üsuldan istifadə etmək istəyir. 60 il əvvəl hələ texnologiyaların indiki səviyyədə olmadığı dövrdə keçməyən həyasızlığı İndiki imkanlar şəraitində yenidən sınayırlar.

Sadə bir həqiqəti anlamaq istəmirlər ki, əgər adi bir qəzet əlində olan məhdud imkanlar vasitəsilə onların cinayətini sübut edirsə, gör onda kəşfiyyat qurumları nələri ortaya çıxaracaqlar.
Bu arada Ukrayna kəşfiyyatı Buçada törədilən cinayətdə iştirak edən Rusiya hərbçilərinin detallı siyahısını dərc edib.

Arastun OrujluKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir