KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: Azərbaycanda Rusiyanın demarşları qarşısında acizlik nümayişi davam edir

Arastun Orujlu: Azərbaycanda Rusiyanın demarşları qarşısında acizlik nümayişi davam edir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
367 0

RF xarici işlər naziri Sergey Lavrov İrəvana səfəri zamanı mətbuat konfransında bunları deyib: “Fərruxdakı vəziyyətə gəlincə, bu, Rusiya hərbçiləri üçün prioritet məsələdir və erməni dostlar bundan xəbərdardırlar. Artıq vəziyyətin sabitləşməsi baxımından müəyyən nəticələr var. Delimitasiya ilə bağlı əsaslı işlərin bir hissəsi kimi bu məsələlərə baxılacaq və həll olunacaq”

Azərbaycan XİN isə öz sözçüsünün dililə aşağıdakı qorxaq bəyanatı verib: “Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”.

Sanki Lavrov ya bölgənin coğtafiyasını bilmirmiş, ya da adam prezidenti Putin kimi ağlını itirib. Halbuki onun nə demək istədiyini anlamaq üçün nə dahi, nə də diplomat olmağa ehtiyac yoxdur. Lavrov demək istəyir ki, Azərbaycan-Ermənistan sərhəddini sizin (yəni Azərbaycanın) ərazidə qoşunlarımız duran yerdən çəkə bilərik.

Başqa sözlə, necə ki, Ukraynanın işğal etdiyimiz ərazilərində “referendumlar” keçirib onları Rusiyanın tərkibinə qatırıq, eləcə də eynisini Ermənistanla bağlı Qarabağda edə bilərik. Amma Azərbaycanın həm müvafiq dövlət qurumları, həm də mediası özünü sanki bunu anlamırmış kimi aparır. Anlamırlar deyə bilmərəm, çünki bunu anlamayanların nə dövlətdə, nə də mediada yeri olmamalıdır.

Bir müddət əvvəl RF prezidenti Vladimir Putinin fərmanı ilə Ukraynada hərbi cinayətlər törədən bir neçə hərbi birləşməyə “Qvardiya” fəxri adı təsis olunmuşdu. Maraqlıdır ki, həmin hərbi birliklər arasında Qarabağda “sülhməramlı” missiya həyata keçirən kontingentin daxil olduğu hərbi birləşmə də vardı.

Xatırladım ki, Rusiya ordusunda “qvardiya” fəxri adı xüsusi şücaət göstərmiş, mühüm döyüş tapşırıqlarını yerinə yetirmış elit hərbi hissə və birliklərə verilir. Qarabağda yerləşmiş kontingentin daxil olduğu birləşməyə həmin fəxri adın verilməsinin nə demək olduğunu xüsusi şərh etməyə ehtiyac qalmır.

Amma bir suala cavabı axtarmaq mütləq lazım olacaq: “Nədən zaman-zaman Vaşinqtondan tutmuş Brüsselə, Tehrandan tutmuş Londona qədər hamıya diş göstərən rəsmi Bakı növbə Moskvaya çatanda quzuya dönür?”

Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir