KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: Azərbaycan hakimiyyəti çox pis yol tutub

Arastun Orujlu: Azərbaycan hakimiyyəti çox pis yol tutub

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
224 0

Azərbaycan hakimiyyəti çox pis yol tutub və bunun yeganə səbəbkarı İlham Əliyevdir. Ölkədə özbaşınalıq, dövlət və hakimiyyət orqanlarının vətəndaşlara qarşı zorakılığı, talançılıq və hər növ cinayətkar əməllər bütün mümkün olan və olmayan hədləri aşıb.

Amma istər vətəndaşların, istərsə də qurum və təşkilatların heç bir şikayətinə, təklifinə, çağırışına məhəl qoyulmur.
Belə görünür ki, hakimiyyət rəsmiləri və dövlət başçısı reallıq hissini tamamilə itiriblər

Azərbaycan xalqına qarşı rəsmən düşmənçilik edilir. Bunlar bir yana, ölkədə sürətlə yoxsullaşma gedir və bu durum hakimiyyəti zərrə qədər də narahat etmir. Bu gedişlə qışda və yazın əvvəlində ölkədə aclıq başlayacaq.

Ona görə də təcili effektiv təsir vasitələri işə salınmalıdır. Söhbət, danışıq, tələb, şikayət və s dinc üsullar artıq təsir etmədiyindən daha effektiv metodlara keçmək lazım olacaq. Söhbət kütləvi etiraz aksiyalarından gedir.

Görünən konkret budur ki, hakimiyyət fiziki təsir vasitələri ilə uzləşməyincə heç bir addım atmayacaq. Çünki onun davranışı artıq şüurla yox, instinktlərlə idarə olunur. Deməli, təsir vasitələri də buna uyğun olmalıdır.

Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir