KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: 2003 Azərbaycanda dönüş ili olmalı idi, amma…

Arastun Orujlu: 2003 Azərbaycanda dönüş ili olmalı idi, amma…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
309 0

Azərbaycanda ən geniş yayılmış spekulyasiyalardan biri də budur ki, Qərb bizdə demokratiya olmasını istəmir, ona görə ki, neftimiz-qazımız var, özümüz də müsəlmanıq, Cırtdan, Məlikməmməd, Şəngülüm, Tıq-tıq xanım və s.

Əslində isə islahatlar Gürcüstandan da əvvəl Azərbaycanda baş tutmalı idi. Özü də inqilab, üsyan, qiyam və başqa təlatümlərsiz. Bəli, post Heydər Əliyev dövründə Azərbaycanda “islahatçı” hakimiyyətin qurulması nəzərdə tutulurdu, amma qurulmadı.

Həmin dövrdə baş verənlərin pərdəarxası haqda məlumatı olanlar nədənsə susmağa üstünlük verirlər. Halbuki bu, bizim tariximizin olduqca önəmli bir parçasıdır. Təbii ki, kimlərəsə bu haqda danışmaq sərf etmir, çünki bu, onların sonu olacaq.

Bəs qalanları? Onlar niyə susurlar? Ölkədə hər 10 ildən bir (1993, 2003, 2013) baş verənlərin pərdəarxasını Azərbaycan xalqının bilmək haqqı yoxdur? Var və odur ki, 2003-cü ildə baş verən hadisələrin şahidlərini və iştirakçılarını bildiklərini bölüşməyə çağırıram.

Bunu mütləq etmək lazımdır ki, “kim kimdir?” sualının cavabı birdəfəlik verilsin və cəmiyyət min bir çirkli oyunlardan çıxıb sonra da illər boyu təlxəklik edənlərin girovundan qurtarsın.

Sualları da dəqiqləşdirə bilərəm:

1. Qərbin Azərbaycanda həyata keçirmək istədiyi islahat planı nədən ibarət idi?

2. Post Heydər Əliyev “islahatçı” hakimiyyətdə kimlər və hansı vəzifələrdə təmsil olunmalı idi?

3. Gələcək komandanı maliyyələşdirməyi Heydər Əliyev hansı nazirə tapşırmışdı?

4. “Boz kardinal” İlham Əliyevin “islahatçı” komandasını o, qurulmadan necə dağıtdı? Ramiz Mehdiyev “Bundan (yəni İlham Əliyevdən) prezident olmaz, …. de, hazırlaşsın” mesajını kimin vasitəsilə kimə yollamışdı?

5. İlham Əliyev o zaman ona “islahatçı” tərəfdaş kimi nəzərdə tutulanlara niyə bu qədər nifrət edir?

6. Azərbaycanda tətbiqi nəzərdə tutulan model doğrudanmı Gürcüstanda və Ukraynada inqilab nəticəsində qurulan demokratik hakimiyyətlərdən daha uğurlu ola bilərdi?

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir